Formula1-in kommersiya başçısı Berni Ekklstoun Britaniyanın ən varlı adamlarından biridir, bu yaxınlarda Berni 26 yaşlı qızı Tamara və 2 yaşlı qızı Petraya 100 milyon funt sterlinq dəyərində evlər alıb.
Daily Mail qəzetinin məlumatına görə, Tamara Ekklstounun payına Londonun ən bahalı rayonlarından biri olan Kensinqtonda üçmərtəbəli əmlak düşüb, Petra isə Çelsinin mərkəzindəki imarətə köçəcək. Yeri gəlmişkən, rok musiqinin əfsanəsi Mik Caqqer və məşhur britaniyalı aktirsa Elizabet Hörli Petranın qonşularıdır.
Berni Ekklstoun inad edir ki, o qızlarını ərköyün böyütməyib, indi isə sadəcə onlara mənzil problemini həll etməkdə köməklik göstərir…
Berni Ekklstoun: “Mən qızlarımla fəxr edirəm. Onlar yaxşı uşaqdırlar və pullarını ağılla xərcləyirlər. Onlar hər bir hərəkətlərini çox ölçüb-biçirlər, anaları ilə birlikdə biz məhz bu cür onlara tərbiyə vermişik. Onların hər ikisinin boyfrendləri var, hər ikisi daim səyahətlərə gedirlər və indi Tamara yeni evinin təmiri ilə məşğul olacaq. Evə köçmək hələ tezdir, çünki görüləsi iş çoxdur.
Mənə elə gəlir ki, o evini yaxşı təmir elətdirəcək və bu layihə sayəsində çox şey öyrənəcək. Məncə, gələcəkdə o, bu evi satanda yaxşı qazanacaq.”
Xatırladaq ki, 2009-cu ildə Berni 25 il nikahda olduğu Slavika Ekklstounla boşanıb…