Berni Ekklstoun bugünkü komandaların rəhbərlərinin FİA prezidenti Maks Mosli ilə görüşünün sonunu gözləmədən iclas zalını tərk edib. Motorsport Total həftəliyinin bildirdiyinə görə, Formula1-in kommersiya başçısı hirsli görünürmüş, buna səbəb isə deyəsən bəzi komandaların kompromisə getməmək arzusu olub. O jurnalistlərlə ünsiyyətdən imtina etsə, motorhoumuna girib çıxdıqdan sonra növbətçi frazadan istifadə edib: “Şərh olmayacaq…”
Daha bir müddət keçdikdən sonra isə o bir neçə söz əlavə edib: “Mən yalnız ümid edirəm ki, danışıqlar davam edəcək…”
Məlum olduğu kimi danışıqlarda büdcənin məhdudlaşdırılmasına ən sərt mövqeni iki ən varlı komanda – Ferrari və Toyota tutublar.