Britaniyada dərc olunan News Of The World qəzetinə müsahibəsində berni Ekklstoun bildirib ki, Honda Racing komandasının rəhbərliyi onun köməyindən imtina edib. Berni Nik Fray və Ross Brauna komandanın xilasolma variantı kimi səhmlərin 100 milyon funta alınmasını təklif edib, özü də bu zaman Fray və Brauna səhmlərin 17.5%-i qalmalı idi, amma razılıq əldə olunmayıb…
Berni Ekklstoun: “Mən inanmıram ki, bu komandanın gələcəyi barədə ini kimsə nəsə bilir. Özləri bilsinlər, amma yalnız 3 variant var: səhmləri satmaq, komandanı Riçard Brənsona vermək, ya da sadəcə bağlamaq. Düzdür, bu axmaqlıqdır, özü də Bruno Senna müqavilə gözləyir – bizim hamımıza bu soyadın Formula1-ə qayıtması sərf edir.
Əgər biz McLaren, Ferrari, və ya BMW səviyyəsində bir komandanı itirsəydik, onda çoxları soruşardı – Bəs sonra? Amma inanmıram ki, Honda ilə bu sual belə ciddi verilsin – axı onlar son illərdə yadda qalan uğur qazanmayıblar.”
Sabah motor təchizatı üçün müqavilə bağlanmasının Mercedes-in komandaya təklif etdiyi sonuncu gündür…