B.Ekklstoun: “Hələ nəticə çıxarmaq tezdir”

Berni Ekklstoun hesab edir ki, hələlik çempionata maraq barədə fikir söyləmək tezdir – Bəhreyn yarışı bir çoxlarına darıxdırıcı görünüb, amma […]

Berni Ekklstoun hesab edir ki, hələlik çempionata maraq barədə fikir söyləmək tezdir – Bəhreyn yarışı bir çoxlarına darıxdırıcı görünüb, amma dörd səfər Qran Prisindən sonra nəticə çıxarmaq mümkün olacaq…

Berni Ekklstoun: “Mən düşünmürəm ki, Bəhreyn yarışı bizim keçən illərdə gördüyümüz bəzi yarışlardan fərqlənirdi. Bəli, bu yarış azarkeşlərin xoşuna gəlmir, amma nəticə çıxarmaq hələ tezdir – gəlin çempionatın Çindən qayıtmasını gözləyək.

Variantlar mümkündür, mübarizəni kəskinləşdirən və baxımlılığı artıran tədbirlər həyata keçirmək olar, düzdür, bu tədbirlər komandaların yekdil razılığından sonra mümkündür. Məsələn, bütün komandalar iki məcburi pit-stop fikrini dəstəkləsələr, biz dərhal bu qaydanı tətbiq edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*