Şanxay hökuməti ilə danışıqlardan sonra Berni Ekklstoun hesab edir ki, Çin Qran Prisinin keçirilməsi barədə müqavilənin müddəti uzadılacaq. Cari müqavilənin müddəti hələ gələn il bitir, həm də yerli tamaşaçılar və çin biznesi Formula1-lə çox da maraqlanmırlar, təşkilatçıların maliyyə dəstəyi isə olmalıdır…
Buna baxmayaraq Ekklstoun nikbindir: “Biz burda əbədi qalacayıq – nə qədər ki Çin var. Bu fantastik yarışdır: bu yarış bütün dünyaya bu ölkədə nəyə nail olacağımızı göstərir.”