Motorsport Aktuell həftəliyinə müsahibəsində Berni Ekklstoun BMW şirkətinin mövsümün sonunda Formula1-i tərk etməsi barədə qərarını şərh edib…
Berni Ekklstoun: “Onlar nə qədər qələbə qazanıblar? Beş ildə cəmi bir dəfə. Bu Formula1 üçün elə də böyük itki deyil.
BMW artıq üçüncü dəfə gedir, əvvəlcə onlar məni Brabham-də tərk etdilər (1983-cü ildə Nelson Pike titulu BMW turbomotoru ilə qazanmışdı), sonra Williams-ı, indi isə zavod komandasını.”