Bu il İndianapolis və Monreal yarışları dünya çempionatının təqviminə daxil edilməyiblər, Formula1 Şimali Amerikanı tərke dib və Berni Ekklstoun hesab edir ki, bu yarışları yalnız komandaların təqvimi böyütməyə razılığından sonra təqvimə qaytarmaq mümkün olacaq…
Berni Ekklstoun: “Problem ondadır ki, komandalar mövsümdə 17-də artıq yarış keçirməyə razı deyillər və bu halda biz təqvimə Şimali Amerika yarışlarını qaytara bilməyəcəyik.
Hər şey komandalardan asılıdır. Biz Monrealın qayıtması barədə danışıqlar aparırıq, bu məsələ Kanada hökumətini narahat edir, ABŞ-a gəlincə, İndianapolisdən başqa orda müasir Formula1-in səviyyəsinə cavab verəcək tras yoxdur. Mən isə yeni avtodrom görmək istəyərdim, məsələn, Nyu Yorkda, kimsə bunda yaxşı varlana bilər.”