B.Ekklstoun: “Almaniya Qran Prisinin keçirilməsi sual altındadır”

FOM-la müqaviləyə əsasən Hokkenhaym və Nürburqrinq trasları Almaniya Qran Prisini növbə ilə keçirməlidirlər. Bu il yarış Nürburqrinqdə baş tutmalıdır, amma […]

FOM-la müqaviləyə əsasən Hokkenhaym və Nürburqrinq trasları Almaniya Qran Prisini növbə ilə keçirməlidirlər. Bu il yarış Nürburqrinqdə baş tutmalıdır, amma keçən həftə Berni Ekklstoun bildirib ki, Almaniya yarışı Hokkenhaymda keçiriləcək, çünki Nürburqrinqin yeni sahibləri cari müqavilənin şərtlərilə razılaşmayıblar.

Sky Sports telekanalının müxbirinin – “Yarışın Hokkenhayma daşınması rəsmən təsdiq olunubmu?” – sualına Berni bildirib ki, yox, sonra da zarafatla əlavə edib ki, “çempionat almandilli ölkələrsiz qalmayacaq, axı bizim Avstriyamız var”.

F-1.az xəbər verir ki, Almaniya Qran Prisinin perspektivlərindən ciddi danışan Ekksltoun bildirib ki, yarışın baş tutması üçün əlindən gələni etməyə hazırdır: “Biz əlimizdən gələni edəcəyik ki, bu mərhələni itirməyək, amma bu yarışın baş tuta bilməməsi səbəbi ondadır ki, onlar bu yarışı keçirə bilmirlər.

Düzünü desəm, hələ də başa düçə bilmirəm ki, niyə bu problemə çevrilirb. Çox təəccüblüdür. Çox güman ki, Almaniyada azarkeşlər daim Mixael Şumaxeri dəstəkləyirdilər və indi Mixael çempionatda olmadığı üçün, çempionat onlara maraqlı deyil”.

Qarşıdakı mövsüm barədə Berni bildirib ki, Həmiltonun qələbəsinə şübhə etmir: “Bilmirəm ki, Lyuis favoritdir yoxsa Niko, amma məhz Lyuis qələbə qazanacaq. Mercedes güclü iş görüb, əla motor hazırlayıb, digərləri çox geridədirlər. Mən inanmıram ki, rəqiblər tezliklə onlara çata bilərlər. Bəlkə də bunun üçün ən azı 3 il vaxt lazımdır, amma bu qədər çox gözləmək istəməzdim”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*