Bəhreyn Qrap Prisinin bu mövsümdə taleyini həll edəcək FİA-nın Ümumdünya Şurasının Barselonadakı iclası ərəfəsində krallıqda yenə də iğtişaşlar baş qaldırıb. Al Jazeera telekanalının verdiyi məlumata görə, polislər üsyankarlara qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.
Bir neçə gün əvvəl avtodromun sahibləri FİA-ya rəsmi məktub göndərərək yarışı keçirməyə hazır olduqlarını bildirmişdilər, amma bugünkü hadisələr federasiyanın qərarına təsir edə bilər, Berni Ekklstoun isə jurnalistlərə bildirib ki, yarış yalnız “orda sülh olarsa” keçiriləcək.
Qərar sabah qəbul olunmalıdır, FİA ölkədəki vəziyyəti öz şəxsi mənbələrindən də öyrənir…