Bəhreyndə testlər üçün hər şey hazırdır

Saxirdəki trasda bu cümə axşamı başlayacaq Formula =1-in mövsümöncəsi testlərinə hazırlıqlar tamamlanır.

F-1.az xəbər verir ki, komandaların avadanlıqları və maşınların hissələri olan konteynerlər artıq trasa çatdırılıb və mexaniklərdən ibarət qruplar adi işləri –  quraşdırma, montaj və sazlanma ilə məşğul olurlar.

İlk gün testlər bağlı qapılar arxasında keçiriləcık, cümə və şənbə günləri isə tamaşaçılar trasa buraxılacaq və kimlərsə yeni maşınları öz gözləri ilə görmək həvəsindədirsə, 5 dinar ödəməklə bunu edə biləcıklər. Belə bilet pit-leyn və komanda qutuları ilə üzbəüz yerləşən əsas tribunada yer almaq hüququ verir.
Həftənin ikinci yarısı üçün proqnozlar havanın temperaturunun 30 dərəcəyə yaxınlaşacağını vəd edir, lakin bu günlərdə açıq olacaq Paddock Club-a bilet alaraq testləri daha rahat mühitdə izləmək imkanı əldə etmək mümkündür. Əlbəttə, bunun üçün daha çox pul ödəmək lazımdır.
Bəhreyn Qran Prisinin təşkilatçıları martın 5-də keçiriləcək yarışa biletlərə yüksək tələbatın olduğunu və əsas tribunadakı bütün yerlərin artıq satıldığını bildirirlər. Eyni zamanda, avtodrom rəhbərliyi mümkün spekulyasiya halları və hətta saxta biletlərin satışı ilə bağlı ayrıca xəbərdarlıq edib…
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*