Bəhreyndə nisbi sakitçilikdir

İnsan haqlarının pozulması barədə çoxsaylı yazılardan və yarışın keçirilməsinin məqsədyönlü olması barədə davamlı müzakirələrdən sonra Bəhreynə gələn jurnalistlər vəziyyətin çox […]

İnsan haqlarının pozulması barədə çoxsaylı yazılardan və yarışın keçirilməsinin məqsədyönlü olması barədə davamlı müzakirələrdən sonra Bəhreynə gələn jurnalistlər vəziyyətin çox sakit olmasını görüblər, sadəcə küçələrdə polislərin sayı artırılıb.

Hələlik Bəhreyndə vəziyyət yaxşıdır, amma müxalifət uik-endin gedişində aksiyalar və mitinqlər keçirməklə hökuməti hədələyir. Yarışı baykot etməyə çağıran şüarlar son bir neçə gündə çox səslənir, amma hələlik mitinqlər şəhər mərkəzindən uzaqda keçirilir və dünən axşam mitinq sülhlə başa çatıb – ictimaiyyətin böyük diqqətini və çoxsaylı jurnalistlərin gəlməsini nəzərə alan hökumət birbaşa qarşıdurmanın qarşısını alır.

Əvvəlki illərdə yarışa gələn tamaşaçıların sayı çox olardı, amma bu dəfə tribunalar yəqin ki, boş olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*