Bəhreyndə iğtişaşlar güclənib

Bəhreyn Qran Prisinə beş həftə qalmış Yaxın Şərqin ada dövlətində əhalinin hakimiyyətdən narazılığı güclənib. Cümə günü Manamanın küçələrinə 100 min […]

Bəhreyn Qran Prisinə beş həftə qalmış Yaxın Şərqin ada dövlətində əhalinin hakimiyyətdən narazılığı güclənib. Cümə günü Manamanın küçələrinə 100 min adam çıxıb və son vaxtların ən böyük nümayişi keçib.

Nümayiş iştirakçıları Bəhreyn paytaxtında keçən il əsas hadisələrin baş verdiyi yerə getmək istəyiblər, amma gözyaşardıcı qazlardan istifadə edən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Yerli informasiya agentliklərinin verdiyi məlumatlara görə, nümayişin əsas kütləsi dinc xarakter daşısa da, radikal yönümlü bir qrup polislə toqquşmanı qaçılmaz edib.

Əlbəttə, bu cür kütləvi iğtişaşlar qarşıdakı Bəhreyn Qran Prisi ərəfəsində Formula1 komandalarının və çempionat təşkilatçılarının həyəcanını artıracaq. Xatırladaq ki, bu günlərdə Britaniyanın Sky Sports telekanalına müsahibəsində Berni Ekklstoun bir daha təsdiqləyib ki, “komandalar Bəhreynə getməyə hazırdılar və əmindirlər ki, ora gedəcəklər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*