F-1.az xəbər verir ki, gənc sürücü seriyalarının təşkilatçıları mövsümün elə Bəhreyndə keçiriləcək ilk mərhələsinə iki həftə yarım qalmış üçgünlük – 14-16 fevral tarixlərinə testlər təyin ediblər.
2022-ci ildə olduğu kimi, testlərin hər bir günündə sürücülər trasda növbə ilə işləyəcəklər – nahara qədər tras Formula2 komandalarının ixtiyarında olacaq və birsaatlıq nahar fasiləsindən sonra trasa Formula3 bolidləri çıxacaqlar.