F-1.az xatırladır ki, keçən həftə Bəhreyndə hər iki seriyada mövsümöncəsi testlər keçirilmişdi və komandalar tam heyətləri ilə ölkədə mövsümün başlamasını gözləyirdilər.
“Hamıdan üzr istəyirik, ancaq Bəhreyndə mövsümlərimizin başlaması lazım olan mərhələləri təxirə salmalıyıq, – deyə seriyaların icraçı direktoru Bruno Mişel bildirib. – Ancaq, təbii ki, paddokda işləyənlərin və azarkeşlərin təhlükəsizliyi hər şeydən üstündür.
Saxirdə Bəhreyn avtodromunda mövsümöncəsi testləri keçirmişik və indi səbirsizliklə yarışlara ən qısa zamanda başlamaq istəyirik. F2 və F3 təqvimlərinə düzəliş edildikdən sonra yarışların hansı tarixlərə köçürülməsi barədə əlavə məlumat verəcəyik”.