Bu gün Parisdə FİA-nın Ümumdünya Şurasının iclasında Bəhreyn Qran Prisinin keçirilməsi tarixi müəyyən edilməyib – yarışın taleyi mayın 1-də həll olunacaq. Bəhreynin şahzadəsi yeddi həftə ərində FİA-ya ölkədəki vəziyyət və yarışın keçirilməsi imkanları barədə aktual məlumat verməlidir, yalnız bundan sonra federasiya FOM-la birlikdə yarışın taleyini həll edəcək.
Berni Ekklstoun isə ümid edirdi ki, mövsümün startına kimi təqvim dəqiq təsdiq olunacaq…