F-1.az xatırladır ki, əvvəlki qrafiklə testlərin martın 11-də başlayacağı planlaşdırılmışdı, lakin mövsümün başlamasına əlavə bir gün qalması üçün testlərin başlanması qrafikinin dəyişdirilməsi qərara alınıb.
Nəticədə testlər martın 10-dan 12-dək keçiriləcək. Tamaşaçılar tribunalara buraxılacaq – biletlərin alınması ilə bağlı təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Sonda bir daha xatırladaq ki, mövsümöncəsi testlərin ilk seriyası fevralın 23-dən 25-dək Barselonada keçiriləcək.
Mövsüm isə qış testlərinin ikinci seriyası tamamlandıqdan bir həftə sonra elə Bəhreyndə başlayır.