Bəhreyn Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +29° C, trasın temperaturu +41° C Yarış günü Bəhreyndə hava çox isti olub. Pirelli əvvəldən elan […]

Quru. Günəşli. Havanın temperaturu +29° C, trasın temperaturu +41° C

Yarış günü Bəhreyndə hava çox isti olub. Pirelli əvvəldən elan etdiyi proqramı dəyişdirərək Saxirə ən bərk təkər cütlüyünü gətirib – Hard və Medium, amma bu tərkiblər də cod asfaltda tez yeyiliblər. Bir həftə əvvəl Çində olduğu kimi, yarışın həlledici faktorları strategiya və uzun məsafədə təkərləin vəziyyətinə nəzarət olub.

Dünən poulu Niko Rosberq qazanmışdı – almaniyalı sürücünün karyerasında ikinci poulu Mercedes AMG komandası üçün Şanxayda Həmiltonun poulundan sonra ardıcıl ikinci poul olub. Üç sürücü startda yer itirmək cəzası alıb: hələ Çində Sutil və Vernlə toqquşmalara görə Qetyerres və Uebber müvafiq olaraq beş və üç yer itirməli olublar, dünən səhər maşınında təkərin partlaması ilə yaranan problemlər üzündən ötürmələr qutusu dəyişdirilən Həmilton da beş yer itirməli olub.

İlk cərgədə Rosberq və Fettel, ikinci cərgədə Alonso və Massa yer alıblar – braziliyalı sürücü əsas rəqiblərindən fərqli olaraq Hard tərkibini seçib. Onunla yanaşı eyni təkərləri Qrojan, Hülkenberq Bottas,Vern və Qutyerres seçiblər, digər sürücülər isə Medium təkərlərlə start alıblar.

Startda Rosberq liderliyini saxlayıb, Alonso isə Fetteli birinci döngədə qabaqlaya bilib, amma bir neçə döngədən sonra Sebastyan mövqeyini geri qaytarıb. Sutil Massa ilə, Qutyerres isə van der Qarde ilə təmas yaşayıblar, Massadan başqa digər sürücülər boksa yollanıblar. Vernin maşınında təkər deşildiyi üçün fransalı sürücü də növbəti dövrədə boksa baş vurub. Üçüncü dövrənin əvvəlində Fettel Rosberqi keçərək yarışa başçılıq edib. Sebastyan Nikodan uzaqlaşmağa başlayıb, Alonso isə Rosberqə hücumlara başlayıb – sürüclər bir neçə dəfə yerlərini dəyişsələr də, sonda ispaniyalı sürücü öndə qalıb. Beşinci dövrənin sonunda ilk onluq: Fettel – Alonso – Rosberq – di Resta – Massa – Uebber – Batton – Peres – Rəykkönen – Qrojan.

6-cı dövrədə di Resta da poulun sahibini keçərək üçüncülüyə yüksəlib. Alonsonun maşınında DRS-in hərəkətli elementi açıq vəziyyətdə ilişib qaldığı üçün komanda sürücüsünü vaxtından əvvəl pitə çağırıb. Yeni Hard təkər dəsti alan sürücü trasa qayıtdıqdan sonra DRS problemi təkrar olunub və yenidən boksa qayıtmalı olub. Mexaniklər yuxarı qalxmış lövhəni əllə endiriblər və sürücü yarışın sonuna qədər Bəhreyndə ötmək üçün vacib olan bir elementdən mərhum olub.

9-cu dövrədə Uebber və Qrojan yeni təkər dəsti alıblar, Massa isə Rosberqi üstələyib. 10-cu dövrədə Rosberq və Batton, 11-ci dövrədə Fettel, Massa, Peres və Həmilton ilk pit-stoplarını gerçəkləşdiriblər. Yarışa isə təkərlərə qənaət edən di Resta və Rəykkönen başçılıq ediblər.

14-cü dövrədə Force İndia sürücüsü boksa yönəlib, Rəykkönen liderliyi ələ alsa da, elə birinci döngədə Fettel onu keçib. 17-ci dövrədə isə Lotus sürücüsü ilk pit-stopunu keçirib – öndə dayanan mexanik qaldırıcını vaxtında yığışdıra bilmədiyi üçün Kimi bir qədər ləngiməli olub.

18-ci dövrədə Qrojan və Peres Massanı qabaqlayıblar – braziliyalı sürücünün maşınında sağ arxa təkər deşilib və Ferrari sürücüsü boksa dönməli olub. 18-ci dövrənin sonunda ilk onluq: Fettel – Uebber – Rosberq – Batton – Qrojan – Peres – di Resta – Həmilton – Hülkenberq – Rəykkönen.

Vern maşınını boksda dayandırıb. Fettel komanda yoldaşı üzərində üstünlüyünü 10 saniyəyə çatdırıb. Rosberqin sürəti aşağı düşdüyü üçün arxasında qatar əmələ gəlib – 20-ci dövrədə Batton və Qrojan, 21-ci dövrədə isə Peres də almaniyalı sürücünü keçiblər.

22-ci dövrədə Uebber və Batton mexaniklərinə qonaq olublar. Mark trasa Alonsonun arxasında qayıdıb və hücum edərək onu keçib. 23-cü dövrədə Həmilton, 25-ci dövrədə Alonso, 26-cı dövrədə Fettel boksa yönəliblər – almaniyalı sürücü liderliyini əldən verməyib. 26-cı dövrədə Peres və Batton, 27-ci dövrədə isə Rosberq Hülkenberqi qabaqlayıblar, bundan sonra Sauber sürücüsü boksa tələsib. Di Resta Qrojanı üstələyərək ikinci yerə yüksəlib. Batton komanda yoldaşını ötərək altıncı yerə qalxıb.

28-ci dövrədə Qrojan, 29-cu dövrədə Massa yeni təkər dəsti alıblar. 30-cu dövrədə Peres komanda yoldaşına hücum edib – McLaren sürücüləri bir neçə dəfə mövqelərini dəyişiblər, Serxio arxadan Censonun maşınına toxunub, britaniyalı sürücü komandadan meksikalı sürücünü sakitləşdirməyi xahiş edib.

Fettel yenə də rəqiblərindən rahat uzaqlaşıb. 33-cü dövrədə Qrojan Peres və Battonu keçib, 34-cü dövrədə onun komanda yoldaşı Rəykkönen isə di Restanı üstələyərək ikinciliyə yüksəlib: bu zaman Fettel 18 saniyə öndə olub.

34-cü dövrədə Rosberq, 35-ci dövrədə Rəykkönen və Batton, 37-ci dövrədə di Resta və Massa təkərlərini dəyişiblər – braziliyalı sürücünün maşınında yenə də sağ arxa təkər deşilib. 38-ci dövrədə Uebber yeni təkər dəsti alaraq trasa Rosberqin yanında qayıdıb və sürücülər arasında təmas baş verib: bu insidenti stüardlar yarışdan sonra araşdıracaqlar. 39-cu dövrədə Həmilton, 40-cı dövrədə Alonso və Maldonado yeni təkər dəsti alıblar. 41-ci dövrənin sonunda ilk onluq (pit-stopların sayı): Fettel (2) – Qrojan (2) – Rəykkönen (2) – di Resta (2) – Uebber (3) – Batton (3) – Rosberq (3) – Həmilton (3) – Peres (3) – Alonso (4).

43-cü dövrədə Fettel liderliyini əldən verməyərək sonuncu pit-stopunu keçirib. 44-cü dövrədə Qrojan yeni Medium tərkibini alıb və ardıcıl olaraq Rosberq və Uebberi qabaqlayaraq dördüncülüyə yüksəlib. 45-ci dövrədə Rosberq sonuncu pit-stopunu gerçəkləşdirib, Həmilton isə Battonu keçərək 6-cı yerə qalxıb. 46-cı dövrədə Battonu Peres və Alonso keçiblər, növbəti dövrədə Censon yeni təkər dəsti dalınca yollanıb.

52-ci dövrədə Qrojan di Restanı keçərək şotlandiyalı sürücünü karyerasının ilk podiumundan mərhum edib. Son dövrədə uzun sürən həmlələrdən sonra Həmilton Uebberi üstələyib, son döngələrdə isə avstraliyalı sürücünü Peres də keçib.

Sebastyan Fettel karyerasında 28-ci, mövsümdə isə 2-ci qələbəsinə sevinib. Rəykkönen və Qrojan podium qazanmaqla keçənilki podiumu tam təkrar ediblər. Çempionatı isə səfər yarışlarından sonra üçhəftəlik fasilə gözləyir – Avropa mərhələsi İspaniyadan başlayacaq!

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1.36:00.498
02 K.Rəykkönen Lotus Renault + 0:09.111
03 R.Qrojan Lotus Renault + 0:19.507
04 P.di Resta Force İndia Mercedes + 0:21.727
05 L.Həmilton Mercedes AMG Mercedes + 0:35.230
06 S.Peres McLaren Mercedes + 0:35.998
07 M.Uebber Red Bull Renault + 0:37.244
08 F.Alonso Ferrari Ferrari + 0:37.574
09 N.Rosberq Mercedes AMG Mercedes + 0:41.126
10 C.Batton McLaren Mercedes + 0:46.631
11 P.Maldonado Williams Renault + 1:06.450
12 N.Hülkenberq Sauber Ferrari + 1:12.933
13 A.Sutil Force İndia Mercedes + 1:16.719
14 V.Bottas Williams Renault + 1:21.511
15 F.Massa Ferrari Ferrari + 1:26.364
16 D.Rikkardo Toro Rosso Ferrari + 1 dövrə
17 Ş.Pik Caterham Renault + 1 dövrə
18 E.Qutyerres Sauber Ferrari + 1 dövrə
19 J.Byanki Marussia Cosworth + 1 dövrə
20 M.Çilton Marussia Cosworth + 1 dövrə
21 Q.van der Qarde Caterham Renault + 2 dövrə
J.E.Vern Toro Rosso Ferrari

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:36.961 (55-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 77
02 K.Rəykkönen Lotus Renault 67
03 L.Həmilton Mercedes AMG Mercedes 50
04 F.Alonso Ferrari Ferrari 47
05 M.Uebber Red Bull Renault 32
06 F.Massa Ferrari Ferrari 30
07 R.Qrojan Lotus Renault 26
08 P.di Resta Force İndia Mercedes 20
09 N.Rosberq Mercedes AMG Mercedes 14
10 C.Batton McLaren Mercedes 13
11 S.Peres McLaren Mercedes 10
12 D.Rikkardo Toro Rosso Ferrari 6
13 A.Sutil Force İndia Mercedes 6
14 N.Hülkenberq Sauber Ferrari 5
15 J.E.Vern Toro Rosso Ferrari 1
16 V.Bottas Williams Renault 0
17 P.Maldonado Williams Renault 0
18 E.Qutyerres Sauber Ferrari 0
19 J.Byanki Marussia Cosworth 0
20 Ş.Pik Caterham Renault 0
21 Q.van der Qarde Caterham Renault 0
22 M.Çilton Marussia Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 109
02 Lotus Renault 93
03 Ferrari Ferrari 77
04 Mercedes AMG Mercedes 64
05 Force İndia Mercedes 26
06 McLaren Mercedes 23
07 Toro Rosso Ferrari 7
08 Sauber Ferrari 5
09 Williams Renault 0
10 Marussia Cosworth 0
11 Caterham Renault 0
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Bəhreyn Qran Prisi: Yarış

Quru. Buludlu. Havanın temperaturu +27° C, trasın temperaturu +32° C Bəhreyn Qran Prisinin start sahəsində sürücülərin düzümü çox maraqlı idi. […]

Quru. Buludlu. Havanın temperaturu +27° C, trasın temperaturu +32° C

Bəhreyn Qran Prisinin start sahəsində sürücülərin düzümü çox maraqlı idi. Mövsümün startından birinci dəfə poulu hazırkı çempion Sebastyan Fettel qazanmışdı, onunla eyni cərgədən Lyuis Həmilton, arxadan isə Mark Uebber və Censon Batton start almalı idilər. Daniel Rikkardo isə altıncı olmaqla hamıya sürpriz etmişdi.

Hərçənd, dünən sıralanma turunda bəzi sürücülər yaxşı yer qazanmağa deyil, təkərlərə qənaət etməyə də çalışırdılar – təkərlərin yeyilməsi faktoru yarışda həlledici rol oynamalı idi.

Amma yarışın başlanmasına iki saat qalmış yağış yağmağa başlayıb – su dərhal buxarlansa da, havanın və asfaltın temperaturu şənbə günü ilə müqayisədə xeyli aşağı düşüb.

İki sürücü ötürmələr qutusunun dəyişdirilməsi üzündən startda beş itirməklə cərimə olunmuşdu – Pastor Maldonado və Mixael Şumaher arxa cərgələrdən start almalı idilər. Startda Kamui Kobayaşidən başqa hamı Soft təkərləri seçib.

Startda ilk üçlük mövqeyini qoruyub, Batton altıncı, Rikkardo on üçüncü yerə düşüb, Alonso beşinci, Rəykkönen yeddinci, Massa səkkizinci yerə qalxıb. Kovalaynen Rikkardo ilə təmasdan sonra təkərlərini dəyişmək üçün boksa yönəlib. Massa Rəykköneni keçib, amma bir dövrədən sonra finlandiyalı sürücü mövqeyini geri qaytarıb.

3-cü dövrədə Fettel Həmilton üzərində fərqi üç saniyəyə çatdırıb, Qrojan üçüncü yer uğrunda mübarizədə Uebberi qabaqlayıb, di Resta isə Peresi keçərək onluğa daxil olub.

5-ci dövrədə Qrojan Həmiltonu, Rəykkönen isə Batton keçiblər – ilk dövrələrdən Lotus sürücüləri sürətli olublar.

7-ci dövrədə ilk onluq: Fettel – Qrojan – Həmilton – Uebber – Alonso – Rəykkönen – Batton – Massa – Rosberq – di Resta.

8-ci dövrədə pit-stoplar başlayıb – Batton, Massa və Rosberq təkərlərini dəyişiblər, növbəti dövrədə Həmilton, Uebber, Alonso, Peres və Şumaher mexaniklərinə qonaq olublar. Həmiltonun “qonaqlığı” uzun çəkib və britaniyalı sürücü Markla Fernandonun arxasına düşüb. 10-cu dövrədə Qrojan, 11-ci dövrədə Fettel və Rəykkönen ilk pit-stoplarını reallaşdırıblar. Fərqli strategiya seçmiş di Resta və Kobayaşi 15-ci dövrədə boksa gediblər.

Rəykkönen Uebberi keçib, Həmilton isə trasdan kənara çıxaraq Rosberqi və Alonsonu keçib. 15-ci dövrədə ilk onluq: Fettel – Qrojan – Rəykkönen – Uebber – Batton – Həmilton – Alonso – Rosberq – Massa – Peres.

Peleton uzanıb, ilk üçlük hamıdan sürətli olub və tezliklə Uebber üzərində üstünlük 20 saniyəyə çatıb. Peres və Maldonado mübarizə apardıqları zaman hər ikisini di Resta keçib. Rəykkönen tədricən Qrojana yaxınlaşıb və onu keçərək ikinciliyə yükəslib.

22-ci dövrədə Peres ikinci pit-stopunu keçirib, 23-cüdə Batton, Rosberq və Massa, 24-cüdə Uebber, Həmilton, Alonso, Maldonado və Şumaher, 25-cidə Rəykkönen, 26-cıda Fettel və Qrojan yeni təkərlərə keçiblər. Həmilton yenə də boksda ləngiməli olub. Rosberq isə trasda kənara çıxmaqla Alonsonu keçib.

Maldonadonun maşınında sol arxa təkər partlayıb, Williams yerində fırlanıb, amma Pastor maşını boksa çatdıra bilib və maşını tərk edib.

31-ci dövrədə Rosberq Kobayaşini keçərək yeddinci yerə yüksəlib. Növbəti dövrədə yaponiyalı sürücü, iki dövrə sonra isə di Resta ikinci pit-stoplarını reallaşdırıblar.

35-ci dövrədə ilk onluq: Fettel – Rəykkönen – Qrojan – Uebber – Batton – Rosberq – Alonso – Massa – Həmilton – Peres.

37-ci dövrədə Rosberq və Həmilton, 38-cidə Batton, Alonso, Peres və Şumaher, 39-cuda Massa sonuncu dəfə pit-stop keçiriblər. Rəykkönen Fettelə bir neçə uğursuz hücum etdikdən sonra 40-cı dövrədə hər iki sürücü boksa yönəlib və Sebastyan üstünlüyünü saxlayıb, bir dövrə sonra isə Kimidən artıq 3 saniyə uzaqlaşıb.

43-cü dövrədə ilk onluq: Fettel – Rəykkönen – Qrojan – Uebber – di Resta – Rosberq – Batton – Alonso – Həmilton – Massa.

54-cü dövrədə Battonun maşınında təkər deşilib, Censon trasa qayıtsa da, iki dövrədən sonra qazburaxma sistemindəki problemlər üzündən mübarizəni dayandırıb.

Sebastyan Fettel isə yarışda qalib gəlib, mövsümdə 1-ci və karyerasında 22-ci qələbəsini qazanıb. Kimi Rəykkönen çempionata qayıtdıqdan sonra, Roman Qrojan isə karyerasında ilk podiumlarını qazanıblar. Uebber ardıcıl dördüncü yarışını da dördüncü yerdə başa vurub.

Dörd Qran Pri – dörd müxtəlif komandadan dörd qalib. Mövsümün fantastik startı, qarşıda isə Mucello testləri gəlir, üç həftədən sonra komandalar Avropa yarışlarına start verəcəklər…

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1.35:10.990
02 K.Rəykkönen Lotus Renault + 0:03.333
03 R.Qrojan Lotus Renault + 0:10.194
04 M.Uebber Red Bull Renault + 0:38.788
05 N.Rosberq Mercedes AMG Mercedes + 0:55.460
06 P.di Resta Force İndia Mercedes + 0:57.543
07 F.Alonso Ferrari Ferrari + 0:57.803
08 L.Həmilton McLaren Mercedes + 0:58.984
09 F.Massa Ferrari Ferrari + 1:04.999
10 M.Şumaher Mercedes AMG Mercedes + 1:11.490
11 S.Peres Sauber Ferrari + 1:12.702
12 N.Hülkenberq Force İndia Mercedes + 1:16.539
13 K.Kobayaşi Sauber Ferrari + 1:30.334
14 J.E.Vern Toro Rosso Ferrari + 1:33.723
15 D.Rikkardo Toro Rosso Ferrari + 1 dövrə
16 V.Petrov Caterham Renault + 1 dövrə
17 H.Kovalaynen Caterham Renault + 1 dövrə
18 C.Batton McLaren Mercedes + 1 dövrə
19 T.Qlok Marussia Cosworth + 2 dövrə
20 P.de la Rosa HRT Cosworth + 2 dövrə
21 N.Kartikeyan HRT Cosworth + 2 dövrə
22 B.Senna Williams Renault + 3 dövrə
P.Maldonado Williams Renault
Ş.Pik Marussia Cosworth

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:36.379 (41-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 53
02 L.Həmilton McLaren Mercedes 49
03 M.Uebber Red Bull Renault 48
04 C.Batton McLaren Mercedes 43
05 F.Alonso Ferrari Ferrari 43
06 N.Rosberq Mercedes AMG Mercedes 35
07 K.Rəykkönen Lotus Renault 34
08 R.Qrojan Lotus Renault 23
09 S.Peres Sauber Ferrari 22
10 P.di Resta Force İndia Mercedes 15
11 B.Senna Williams Renault 14
12 K.Kobayaşi Sauber Ferrari 9
13 J.E.Vern Toro Rosso Ferrari 4
14 P.Maldonado Williams Renault 4
15 D.Rikkardo Toro Rosso Ferrari 2
16 N.Hülkenberq Force İndia Mercedes 2
17 F.Massa Ferrari Ferrari 2
18 M.Şumaher Mercedes AMG Mercedes 2
19 T.Qlok Marussia Cosworth 0
20 Ş.Pik Marussia Cosworth 0
21 V.Petrov Caterham Renault 0
22 H.Kovalaynen Caterham Renault 0
23 P.de la Rosa HRT Cosworth 0
24 N.Kartikeyan HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 101
02 McLaren Mercedes 92
03 Lotus Renault 57
04 Ferrari Ferrari 45
05 Mercedes AMG Mercedes 37
06 Sauber Ferrari 31
07 Williams Renault 18
08 Force İndia Mercedes 17
09 Toro Rosso Ferrari 6
10 Marussia Cosworth 0
11 Caterham Renault 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*