Bəhreyn Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +30°-31° C, trasın temperaturu +37°-41° C Bu gün səhər komandalar dünən topladıqları məlumatların təhlilinə uyğun olaraq […]

Quru. Günəşli. Havanın temperaturu +30°-31° C, trasın temperaturu +37°-41° C

Bu gün səhər komandalar dünən topladıqları məlumatların təhlilinə uyğun olaraq sazlanmalara düzəlişlər ediblər və sıralanma turu ilə yarışa hazırlıqlarını davam etdiriblər.

Dünənki sessiyalardan və dəstək seriyalarının iştirakından sonra asfalt işlənmiş rezin qatı ilə örtülüb, ona görə də asfaltla ilişmə çox yaxşılaşıb, təkərlərin yeyilməsi isə bir qədər azalıb. Bəhreyn trasının konfiqurasiyası ötməyə imkan verir, ona görə də komandaların çoxu dərhal yarış sazlanmaları üzərində işləməyə başlayıb.

Sessiya sakit keçib. Sessiyanın ortalarında Fernando Alonso 2-ci döngənin çıxışında səhvə yol verib və yerində fırlanıb. Maks Çiltonun maşınında problemlər yaşanıb, komanda problemi operativ həll edə bilməyib. Sessiya başa çatdıqdan sonra isə Lyuis Həmiltonun maşınında sol arxa təkər partlayıb, amma sürücü boksa qədər çata bilib.

Protokollara Alonso başçılıq edib – 1:33.247, amma nəticələr çox sıx alınıb: ilk altılıq 0.2 saniyəyə, ilk 13 sürücü isə 1 saniyəyə yerləşiblər – sıralanma turunda gərgin mübarizə gözləyirik!

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:33.247 12
02 S.Fettel Red Bull Renault 1:33.348 + 0:101 15
03 M.Uebber Red Bull Renault 1:33.380 + 0:133 19
04 K.Rəykkönen Lotus Renault 1:33.446 + 0:199 21
05 L.Həmilton Mercedes AMG Mercedes 1:33.455 + 0:208 19
06 R.Qrojan Lotus Renault 1:33.464 + 0:217 19
07 A.Sutil Force İndia Mercedes 1:33.596 + 0:349 17
08 P.di Resta Force İndia Mercedes 1:33.700 + 0:453 15
09 N.Rosberq Mercedes AMG Mercedes 1:33.764 + 0:517 19
10 N.Hülkenberq Sauber Ferrari 1:33.922 + 0:675 17
11 F.Massa Ferrari Ferrari 1:33.949 + 0:702 20
12 C.Batton McLaren Mercedes 1:34.117 + 0:870 17
13 S.Peres McLaren Mercedes 1:34.282 + 1:035 18
14 D.Rikkardo Toro Rosso Ferrari 1:34.577 + 1:330 16
15 V.Bottas Williams Renault 1:34.611 + 1:364 17
16 J.E.Vern Toro Rosso Ferrari 1:34.678 + 1:431 16
17 P.Maldonado Williams Renault 1:34.833 + 1:586 17
18 Ş.Pik Caterham Renault 1:35.816 + 2:569 16
19 J.Byanki Marussia Cosworth 1:36.731 + 3:484 17
20 Q.van der Qarde Caterham Renault 1:36.939 + 3:692 16
21 M.Çilton Marussia Cosworth 1:37.630 + 4:383 7
22 E.Qutyerres Sauber Ferrari 1:39.592 + 6:345 28
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Bəhreyn Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru və tozlu tras. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +41° C Bu gün səhər küləl güclənib, trası qum […]

Quru və tozlu tras. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +41° C

Bu gün səhər küləl güclənib, trası qum və tozla doldurub – görmə pisləşib, amma tibbi helikopter səmaya qalxa bilib, ona görə də sessiya vaxtında başlayıb. Asfalt qum qatı ilə örtülüb, ilişmə pisləşib, amma tezliklə sürücülər trayektoriyanı təmizləyiblər və komandalar dünən başladıqları işi davam etdiriblər.

Sebastyan Fettelin maşınında qazburaxma sisteminin problemləri üzə çıxıb, amma mexaniklər problemi tezliklə həll ediblər və sürücü trasa qayıdıb.

Sessiya sakit keçib, sürücülər sarı təkərlərlə sıralanma turu rejimində də işləyiblər. Dünən nahardan sonra olduğu kimi protokollara Niko Rosberq başçılıq edib.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes AMG Mercedes 1:33.254 14
02 S.Fettel Red Bull Renault 1:33.401 + 0.147 14
03 M.Uebber Red Bull Renault 1:33.663 + 0.409 15
04 L.Həmilton McLaren Mercedes 1:33.782 + 0.528 16
05 M.Şumaher Mercedes AMG Mercedes 1:33.796 + 0.542 16
06 C.Batton McLaren Mercedes 1:33.899 + 0.645 14
07 K.Rəykkönen Lotus Renault 1:33.976 + 0.722 14
08 D.Rikkardo Toro Rosso Ferrari 1:34.197 + 0.943 14
09 R.Qrojan Lotus Renault 1:34.401 + 1.147 16
10 F.Alonso Ferrari Ferrari 1:34.895 + 1.641 11
11 P.Maldonado Williams Renault 1:34.918 + 1.664 12
12 J.E.Vern Toro Rosso Ferrari 1:34.977 + 1.723 12
13 S.Peres Sauber Ferrari 1:35.067 + 1.813 17
14 K.Kobayaşi Sauber Ferrari 1:35.128 + 1.874 14
15 P.di Resta Force İndia Mercedes 1:35.336 + 2.082 22
16 F.Massa Ferrari Ferrari 1:35.536 + 2.282 15
17 B.Senna Williams Renault 1:35.623 + 2.369 16
18 H.Kovalaynen Caterham Renault 1:35.694 + 2.440 19
19 N.Hülkenberq Force İndia Mercedes 1:35.773 + 2.519 21
20 V.Petrov Caterham Renault 1:36.532 + 3.278 17
21 Ş.Pik Marussia Cosworth 1:37.267 + 4.013 18
22 T.Qlok Marussia Cosworth 1:37.654 + 4.400 18
23 P.de la Rosa HRT Cosworth 1:38.973 + 5.719 11
24 N.Kartikeyan HRT Cosworth 1:39.221 + 5.967 9

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*