Bəhreyn Qran Prisi: Tras

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən […]

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən uzun Bəhreyn adasının uzunluğu 48 km, eni isə 15 km-dir. Ölkənin ümumi sahəsi 663 kv.m, paytaxtı isə Manama şəhəridir (əhalisi 110 min nəfər).

bah-02

Tarix: 19-21 aprel 2013-cü il
Tras: Bahrain İnternational Circuit
Dövrənin uzunluğu: 5412 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.230 km

Texniki cəhətdən avtodrom təcil və əyləcə tələbkardır, burda demək olar ki, sürətli döngə yoxdur, amma ötmək üçün yerlər var. Ətraf qumlu ərazilərə xüsusi yapışqanlı mayenin səpilməsinə baxmayaraq tras qum dənəciklərilə dolu olur, komandalar əlavə süzgəclərdən istifadə edirlər, bu isə motorun və əyləc sisteminin soyumasını çətinləşdirir. 2010-cu ildə trasın yeni konfiqurasiyasından istifadə olunmuşdu, dördüncü və beşinci döngələr arasındakı sahədə uzunluğu 887 metr olan yeni yol salınmışdı, ona görə də dövrələrin sayı 57-dən 49-a düşmüşdü.

Keçən il yenidən trasın köhnə konfiqurasiyasına qayıdılıb. Uzun start düzlüyü və nisbətən yavaş orta hissə mühəndisləri ənənəvi olan asfalta yatma qüvvəsi və düz yolda sürət arasında kompromisi axtarmağa məcbur edir.

bah3
Pirelli şirkəti komandalara Medium və Hard tərkibləri təqdim edəcək, asfalt cod olduğu üçün təkərin yeyilməsi yüksək olacaq, qumlu sahələrə düşən təkərlər isə daha çox əziyyət çəkəcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Bəhreyn Qran Prisi: Tras

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən […]

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən uzun Bəhreyn adasının uzunluğu 48 km, eni isə 15 km-dir. Ölkənin ümumi sahəsi 663 kv.m, paytaxtı isə Manama şəhəridir (əhalisi 110 min nəfər).

bah2

Tarix: 20-22 aprel 2012-ci il
Tras: Bahrain İnternational Circuit
Dövrənin uzunluğu: 5412 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.230 km

Texniki cəhətdən avtodrom təcil və əyləcə tələbkardır, burda demək olar ki, sürətli döngə yoxdur, amma ötmək üçün yerlər var. Ətraf qumlu ərazilərə xüsusi yapışqanlı mayenin səpilməsinə baxmayaraq tras qum dənəciklərilə dolu olur, komandalar əlavə süzgəclərdən istifadə edirlər, bu isə motorun və əyləc sisteminin soyumasını çətinləşdirir. 2010-cu ildə trasın yeni konfiqurasiyasından istifadə olunmuşdu, dördüncü və beşinci döngələr arasındakı sahədə uzunluğu 887 metr olan yeni yol salınmışdı, ona görə də dövrələrin sayı 57-dən 49-a düşmüşdü.

Bu il yenidən trasın köhnə konfiqurasiyasına qayıdılıb. Uzun start düzlüyü və nisbətən yavaş orta hissə mühəndisləri ənənəvi olan asfalta yatma qüvvəsi və düz yolda sürət arasında kompromisi axtarmağa məcbur edir.

bah3
Pirelli şirkəti komandalara Medium və Soft tərkibləri təqdim edəcək, asfalt cod olduğu üçün təkərin yeyilməsi yüksək olacaq, qumlu sahələrə düşən təkərlər isə daha çox əziyyət çəkəcəklər…