Bəhreyn Qran Prisi tamaşaçısız baş tutacaq

Bəhreyn Qran Prisinə olan bilet satışı koronavirusa görə əvvəlcə azaldılmışdı. Bu gün isə yarışın boş tribunalar önündə keçirilməsinə qərar verilib. Bilet sahiblərinin ödənişləri isə geri qaytarılacaq.

F-1.az bildirir ki, tarixdə ilk dəfə Formula1 yarışı tamaşaçısız keçiriləcək. Açıqlamada bildirilir: “Beynəlxalq tərəfdaşlarımızla və Krallığın səhiyyə üzrə işçi qrupu ilə danışıqlardan sonra bu qərara gəldik.

Yarışın ev sahibi olaraq, hamının sağlamlığına görə biz məsuliyyət daşıyırıq. COVİD-19 virusunun sürətlə yayıldığı bir vaxtda dünyanın hər tərəfindən gələcək azarkeşlərin bir yerdə əyləşərək yarışa baxması yolverilməzdir. Buna görə də, biz həm tamaşaçılara, həm də yarışa zərər dəyməməsi üçün belə bir qərar qəbul etdik. Yarış sadəcə televiziya vasitəsi ilə yayımlanacaq.

Ölkədə virusun və ona yoluxanların təcrid olunaraq müalicə olunması uğurla aparılır. Aktiv sosial siyasət mübarizə aparmağımıza daha çox imkan yaradır. Yarışa tamaşaçıların buraxılması isə bu siyasətə əks hərəkət olardı.

Biz bilirik ki, bu qərar yarışa gəlməyi planlaşdıran bir çox adamı məyus edəcək. Amma təhlükəsizlik bizim üçün hər zaman prioritet olaraq qalır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*