Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +41° C
Bir həftə əvvəl Şanxayda Lyuis Həmilton Mercedes AMG komandası üçün inamla poul qazanmışdı, üç sürücü, o cümlədən Sebastyan Fettel son sessiyada isə mübarizədən imtina etmişdilər, amma Bəhreyndə vəziyyət ciddi dəyişib. Trasın fərqli konfiqurasiyası, ön təkərlərin deyil arxa təkərlərin yüklənməsi, fərqli təkər tərkibləri, daha isti hava və cod asfalt örtüyü – bütün bu faktorlar qüvvələr nisbətinə təsir edib.
Stüardların qərarına görə Çin yarışından sonra iki sürücü cərimə almışdı. Esteban Qutyerres Adrian Sutillə toqquşmaya görə beş yer, Mark Uebber isə Jan Erik Vernlə toqquşmaya görə üç yer itirməklə cəzalanmışdlar. BU gün səhər Bəhreyndə Lyuis Həmilton da sabahkı startda beş itirməklə üzləşib – səhər onun maşınında təkərin partlaması və asılqanın qırılmasından sonra komanda onun maınında ötürmələr qutusunu dəyişib.
Birinci sessiyada bütün sürücülər 107%-lik həddi aşa biliblər. Sürücülərin çoxu trasa daha yumşaq təkərlərlə çıxıb, amma protokollara Hard təkərlərlə Fernando Alonso başçılıq edib – 1:32.878. Mübarizəni isə Marussia və Caterham sürücüləri ilə birlikdə Qutyerres və Maldonado dayandırıblar.
İkinci sessiyada hamı Medium-a keçib. Ən yaxşı nəticəni Sebastyan Fettel göstərib – 1:32.746, finala Qrojan, Peres, Rikkardo, Hülkenberq, Bottas və Vern çıxa bilməyiblər.
Finalda Alonso, Rosberq, Həmilton, di Resta və Sutil dərhal trasa çıxıblar, digər sürücülər isə son dəqiqələri gözləməyə üstünlük veriblər. Sutil də sürətli dövrəyə çıxmayaraq boksa qayıdıb.
İlk cəhddən protokollara Rosberq başçılıq edib – 1:32.543. Sessiyanın sonunda on sürücü trasa çıxıb, Massa hamıdan fərqli olaraq Hard tərkibini seçib. Rosberq öz nəticəsini bir qədər də yaxşılaşdıraraq (1:32.330) karyerasında ikinci poulunu qazanıb.
Sabah onunla birlikdə ilk cərgədən yarışa Fettel start verəcək, ikinci cərgəni isə Ferrari sürücüləri zəbt edəcəklər: Alonso və Massa, çünki Həmilton və Uebber startda yer itirəcəklər. Massanın Hard təkərlərlə startı maraqlı strategiya olacaq. Censon Batton da sürətli dövrəsini tamamlamadığı üçün sabah təkər seçimi edə biləcək. İstənilən halda, yarış maraqlı olacaq…
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | N.Rosberq | Mercedes AMG | Mercedes | 03 | 1:33.364 | 02 | 1:32.867 | 1:32.330 | – |
02 | S.Fettel | Red Bull | Renault | 02 | 1:33.327 | 01 | 1:32.746 | 1:32.584 | + 0.254 |
03 | F.Alonso | Ferrari | Ferrari | 01 | 1:32.878 | 05 | 1:33.316 | 1:32.667 | + 0.337 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | 05 | 1:33.498 | 07 | 1:33.346 | 1:32.762 | + 0.432 |
05 | M.Uebber | Red Bull | Renault | 09 | 1:33.966 | 03 | 1:33.098 | 1:33.078 | + 0.748 |
06 | F.Massa | Ferrari | Ferrari | 07 | 1:33.780 | 08 | 1:33.358 | 1:33.207 | + 0.877 |
07 | P.di Resta | Force İndia | Mercedes | 06 | 1:33.762 | 06 | 1:33.335 | 1:33.235 | + 0.905 |
08 | A.Sutil | Force İndia | Mercedes | 10 | 1:34.048 | 09 | 1:33.378 | 1:33.246 | + 0.916 |
09 | K.Rəykkönen | Lotus | Renault | 08 | 1:33.827 | 04 | 1:33.146 | 1:33.327 | + 0.997 |
10 | C.Batton | McLaren | Mercedes | 11 | 1:34.071 | 10 | 1:33.702 | – | – |
11 | R.Qrojan | Lotus | Renault | 04 | 1:33.498 | 11 | 1:33.762 | – | – |
12 | S.Peres | McLaren | Mercedes | 13 | 1:34.310 | 12 | 1:33.914 | – | – |
13 | D.Rikkardo | Toro Rosso | Ferrari | 12 | 1:34.120 | 13 | 1:33.974 | – | – |
14 | N.Hülkenberq | Sauber | Ferrari | 15 | 1:34.409 | 14 | 1:33.976 | – | – |
15 | V.Bottas | Williams | Renault | 16 | 1:34.425 | 15 | 1:34.105 | – | – |
16 | J.E.Vern | Toro Rosso | Ferrari | 14 | 1:34.314 | 16 | 1:34.264 | – | – |
17 | P.Maldonado | Williams | Renault | 17 | 1:34.425 | – | – | – | – |
18 | E.Qutyerres | Sauber | Ferrari | 18 | 1:34.730 | – | – | – | – |
19 | Ş.Pik | Caterham | Renault | 19 | 1:35.283 | – | – | – | – |
20 | J.Byanki | Marussia | Cosworth | 20 | 1:36.178 | – | – | – | – |
21 | Q.van der Qarde | Caterham | Renault | 21 | 1:36.304 | – | – | – | – |
22 | M.Çilton | Marussia | Cosworth | 22 | 1:36.476 | – | – | – | – |