Bəhreyndə komandalar Hard və Medium tərkiblərindən istifadə edəcəklər. Mövsümün dördüncü mərhələsinin uik-endinə bir neçə gün qalmış Pirelli Motorsport-un başçısı Pol Hembri trasın xüsusiyyətlərindən danışıb…
Pol Hembri: “Keçən il Bəhreyn trasında biz keçən il debüt etdik, hərçənd, ilk testlərimizdən trası yaxşı tanıyırdıq. Bu trasda təkərlər mövsüm ərzində ən ciddi yüklənmələrə məruz qalırlar, buna səbəb isə hava və asfaltın çox isti olmasıdır. Biz gözləyirik ki, yarışda sürücülər 3 pit-stopdan istifadə edəcəklər, hərçənd, daha dəqiq proqnozu cümə günü axşam söyləmək mümkün olacaq – biz toplanmış məlumatları təhlil etməliyik.
Bəhreyndə asfaltın vəziyyətinin dəyişməsini əvvəlcədən söyləmək mümkün deyil – bu, küləyin gətidiyi qum dənələrindən asılıdır. Keçən il yarışın gedişində biz müxtəlif strategiyalar gördük. Sıralanma turunda son sessiyaya keçə bilməyən sürücülər yarışın gedişində düzgün taktika nəticəsində uğur qazana bilərlər.”