FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Saxir avtodromunda istifadə zonalarını təyin edib. Bu il reqlamentə uyğun olaraq Bəhreyndə də sürücülər trasın iki hissəsində DRS sistemini aktivləşdirə biləcəklər.
1-ci DRS zonası keçən il olduğu kimi start-finiş düzlüyündə yerləşir – əgər 14-cü döngənin apeksinə 108 metr qalmış iki maşın arasında məsafə bir saniyədən az olarsa, onda geridə olan maşın start-finiş düzlüyündə (sonuncu döngədən 270 metr sonra) DRS-i aktivləşdirə bilər.
2-ci DRS zonası isə arxa düzlükdədir – əgər 9-cu döngənin girişinə 10 metr qalmış iki maşın arasında interval 1 saniyədən az olarsa, onda 10-cu döngədən 50 metr sonra geridə olan maşın arxa antiqanadın hərəkətli elementindən yararlana bilər…