Bəhreyn Qran Prisi oktyabrın 30-da keçiriləcək, Hindistan Qran Prisi isə mövsümü bağlayacaq, amma onun dəqiq tarixi hələ müəyyən edilməyib – FİA-nın son qərarı belədir. Bu xəbəri Reuters agentliyi yayıb.
Federasyanın rəsmi mətbuat relizi hələ dərc olunmayıb, amma Bəhreyn Beynəlxalq Avtodromunun rəhbərliyi (BİC) bəyanat yayıb: “Bu gün BİC-nin başçısı FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının Bəhreyn Qran Prisini 2011-ci ilin təqviminə qaytarmaq qərarını alqışlayıb.
FİA-nın Barselona iclasından sonra elan etdiyi qərar keçən həftə federasiyanın nümayəndələrinin Bəhreyndə olmasından sonra qəbul edilib.”
Zayed əl-Zayani, BİC-nin direktoru: “Bu, Bəhreyn üçün xoş xəbərdir. Ölkə çətin anlar yaşayır, amma stabillik bərpa olunur, biznes praktiki olaraq normal rejimdə fəaliyyət göstərir, fövqaladə vəziyyət ləğv olunub və ölkə bir çox məhdudiyyətləri aradan qaldırıb.
Biz problemləri həll edirik. Qran Pri zamanı biz bütün dünyaya xəbər verə bilərik ki, bizim ölkəmiz bütün istiqamətlərdə inkişaf edir…
Bəhreynin adından mən Berni Ekklstouna, Jan Todta, FİA-ya və bütün avtoidman ictimaiyyətinə dəstəklərinə görə təşəkkür edirəm…”