Bəhreyn Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb…
Cümə axşamı Censon Batton (McLaren), Felipe Massa (Ferrari), Pol di Resta (Force İndia), Pastor Maldonado (Williams), Şarl Pik (Caterham) və Jan Erik Vern (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların texniki mütəxəssisləri – Erik Bulye (Lotus), Stefano Domenikali (Ferrari), Monişa Kaltenborn (Sauber), Martin Uitmarş (McLaren) və Pol Hembri (Pirelli Motorsport) əvəz edəcəklər.
Şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…