İtaliyalı jurnalistlərin əldə etdikləri məlumata görə, siyasi iğtişaşlar üzündən təxirə salınmış Bəhreyn Qran Prisi mövsümün sonunda keçirilə bilər. Mart ayında keçirlməli olan Qran Prinin taleyini FİA mayın 1-dək həll etməlidir. Mövsümün sıx təqvimində əlavə yarışa yer tapmaq olduqca çətin oldu üçün, ehtimal olunur ki, yarış payızın sonunda və ya qışda keçirilə bilər.
İtaliaRacing qəzetinin yazdığına görə, Braziliya Qran Prisi noyabrın 27-dən 13-nə çəkilə bilər, mövsümün son iki yarışı isə bir həftə fasilə ilə Abu Dabidə (27 noyabr) və Bəhreyndə (4 dekabr) baş tuta bilər. Ölkələrdən hansının birinci və ya ikinci olması elə də böyük önəm daşımır.
Amma bu qərar komandaların heç də hamısının xoşuna gəlməyə bilər. uzun mövsümün sonunda daha bir yarış əlavə qüvvə və vəsait tələb edir – mövsümün sonudna isə nə qüvvə, nə də vəsait çatışmır. Həm də komandaların trasda daha bir həftə ləngiməsi gələn mövsümə hazırlığı ləngidəcək. Ona görə də çempionatın rəhbərliyi belə bir planı reallaşdırmaq üçün ciddi arqument fikirləşməli olacaq…