Quru. Günəşli. Havanın temperaturu +32°-33° C, trasın temperaturu +39°-44° C
Ənənəvi olaraq Bəhreyn avtodromu çempionat iştirakçılarını tozlu, qumlu trasla qarşılayıb, asfaltla ilişmə yaxşı olmayıb, amma sessiyanın gedişində vəziyyət yaxşılaşıb – maşınlar sürüşməyə davam etsələr də əylənmə zonalarında işlənmiş rezin qatı əmələ gəlib.
İki komandada dəyişiklik olub: Heykki Kovalaynen Caterham-də Qdio van der Qardeni əvəz edib – komanda təcrübəli finlandiyalı sürücünü dəvət edib ki, maşının balans problemlərini üzə çıxarsın, Heykki maşının köhnə versiyası ilə işləyib, Şarl Pik isə yenilənmiş şassi ilə trasa çıxıb. Marussia-nın heyətində isə Jül Byanki yerini komandanın test sürücüsü Rodolfo Qonsalesə verib – Rodolfo ötürmələr qutusunun imtinası üzündən cəmi 7 dövrə vura bilib.
Sessiyanın ilk yarısı komandalar yenilikləri və soyutma sistemlərini yoxlayıblar, ikinci yarısında isə sazlanmaların axtarışı üzərində çalışıblar. Sessiya ciddi insidentsiz ötüşüb, protokollara isə Felipe Massa başçılıq edib – 1:34.487.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | F.Massa | Ferrari | Ferrari | 1:34.487 | – | 11 |
02 | F.Alonso | Ferrari | Ferrari | 1:34.564 | + 0.077 | 19 |
03 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:34.621 | + 0.134 | 22 |
04 | S.Fettel | Red Bull | Renault | 1:34.790 | + 0.303 | 20 |
05 | P.di Resta | Force İndia | Mercedes | 1:34.949 | + 0.462 | 17 |
06 | C.Batton | McLaren | Mercedes | 1:35.069 | + 0.582 | 22 |
07 | M.Uebber | Red Bull | Renault | 1:35.101 | + 0.614 | 19 |
08 | A.Sutil | Force İndia | Mercedes | 1:35.119 | + 0.632 | 19 |
09 | K.Rəykkönen | Lotus | Renault | 1:35.345 | + 0.858 | 17 |
10 | R.Qrojan | Lotus | Renault | 1:35.611 | + 1.124 | 14 |
11 | S.Peres | McLaren | Mercedes | 1:35.640 | + 1.153 | 23 |
12 | V.Bottas | Williams | Renault | 1:35.783 | + 1.296 | 16 |
13 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:35.792 | + 1.305 | 16 |
14 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:36.014 | + 1.527 | 19 |
15 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:36.485 | + 1.998 | 20 |
16 | P.Maldonado | Williams | Renault | 1:36.498 | + 2.011 | 17 |
17 | N.Hülkenberq | Sauber | Ferrari | 1:36.755 | + 2.268 | 20 |
18 | E.Qutyerres | Sauber | Ferrari | 1:37.214 | + 2.727 | 21 |
19 | Ş.Pik | Caterham | Renault | 1:37.850 | + 3.363 | 20 |
20 | H.Kovalaynen | Caterham | Renault | 1:38.401 | + 3.914 | 20 |
21 | M.Çilton | Marussia | Cosworth | 1:39.445 | + 4.958 | 12 |
22 | R.Qonsales | Marussia | Cosworth | 1:40.215 | + 5.728 | 7 |