Bəhreyn QP üçün sıralanma turu formatı müzakirə edilir

Bəhreyn QP-də yenidən əvvəlki sıralanma turu formatı qayıda bilər. Bəzi məlumatlara görə Q1 və Q2 sessiyaları yeni ələnmə sistemi ilə, Q3 isə keçənilki sistemdə olacaq...

F-1.az xatırladır ki, mövsümün ilk sıralanma turunun sonuncu seansı fanların gözləntilərini qarşılaya bilməyib. Hazırda komandalar əvvəlki sıralanma formatını geri qaytarmaq, yeni sıralanma formatını isə 2017-ci il üçün dəyərlədirmək istəyirlər.

F1 Komissiyası və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn həftənin cümə gününə qədər Bəhreyn mərhələsi üçün qərar verəcək. Ondan sonra isə F1 idarəçilərinin yeni sıralanma turu formatını dəyərləndirmək üçün yetərincə vaxtı olacaq. Bəhreyn QP-dən sonra F1 idarəçiləri mövsümün qalan yarışları üçün bir qərar verməlidir.

Bu qərarı dəyərləndirmək üçün müəyyən vaxt veriləcək. Bu vaxt ərzində qayda dəyişikliyinin gətirilməsi barədə hamı həmfikir olsa, Avstraliyadakı sıralanma turu formatına davam ediləcək.

Əgər komandalar keçənilki formara qayıtmağı təklif etsələr, FİA qəbul etmədiyinə görə qaydalarda dəyişiklik edilməyəcək.

Qeyd edək ki, Pirelli şirkəti  və Force İndia komandası köhnə sıralanma turu formatına qayıtmaq istəmirlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*