Quru. Günəşli. Havanın temperaturu +23°-28° C, trasın temperaturu +27°-39° C
Testlərin ikinci günü komandaların çoxunda heyət dəyişib – komandalar sürücülərin iş qrafikini günaşırı təyin ediblər ki, mümkün nasazlıq zamanı vaxt itkisini minimuma endirsinlər. Sadəcə 3 sürücü dünənki işini davam etdirib – Rikkardo, Maldonado və Peres üçün bu gün sonuncu test yoxlaması olub.
Günün yekunu ümumi rəyi təsdiq edib – mövsümün ilk yarışlarında komandalardan heç biri əmin ola bilməz ki, maşın tam yarış məsafəsini keçməyə imkan verəcək. Test günlərinin hər birində müəyyən komanda problemlərlə üzləşib – dünən uğurla yarışı imitasiya edən komanda bu gün heç bir dövrə vura bilmir.
Bir çox ekspertlər Mercedes AMG komandasını mövsümün favoriti hesab edir – testlərdə W05 doğrudan da ən böyük məsafə qət edib, amma demək olar ki, hər gün maşın müəyyən problemlər üzündən trasda dayanmalı olub – dünən Niko Rosberq, bu gün isə Lyuis Həmilton test proqramını vaxtından əvvəl başa vurublar: bu gün ötürmələr qutusu sıradan çıxıb.
Dünən Lotus komandasının yeni maşınında qazburaxma sistemi normadan çıx qızmışdı, komanda bu gün köhnə versiyaya qayıdıb ki, trasda işləmək imkanı olsun – lakin günorta Maldonado trasda dayanmalı olub.
Ardıcıl ikinci gündür yanğınsöndürənlər Caterham-də çalışırlar – dünən Kamui Kobayaşi CT05-i yandırmışdı, bu gün Markus Erikson davam edib. Səhər iki dəfə Batton və Həmilton qırmızı bayraqların dalağalanmasına səbəb olub.
Testlərin ilk günü Daniel Rikkardo etiraf etmişdi ki, komanda nəzərdə tutulan qrafikdən ciddi geri qalır – bu gün yeni RB10 boksdan hamıdan gec çıxıb, amma 66 dövrə vura bilib. Müəyyən inkişaf var.
Ferrari müştəriləri üçün gün sakit keçib – hər üç komandanın sürücüləri yarış məsafəsini qət ediblər, Fernando Alonso isə bunu iki dəfə edib.
Protokollara isə ardıcıl ikinci gündür Serxio Peres başçılıq edib – Force İndia sıralanma turu rejimində və yarış məsafəsində çalışıb. Sabah testlər davam edəcək.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Peres | Force İndia | Mercedes | 1:35.570 | – | 108 |
02 | F.Alonso | Ferrari | Ferrari | 1:35.634 | + 0:00.064 | 122 |
03 | D.Rikkardo | Red Bull | Renault | 1:35.743 | + 0:00.173 | 66 |
04 | F.Massa | Williams | Mercedes | 1:36.507 | + 0:00.937 | 103 |
05 | C.Batton | McLaren | Mercedes | 1:36.901 | + 0:01.331 | 52 |
06 | J.Byanki | Marussia | Ferrari | 1:38.092 | + 0:02.522 | 75 |
07 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:39.041 | + 0:03.471 | 89 |
08 | J.E.Vern | Toro Rosso | Renault | 1:39.636 | + 0:04.066 | 61 |
09 | E.Qutyerres | Sauber | Ferrari | 1:39.976 | + 0:04.406 | 106 |
10 | P.Maldonado | Lotus | Renault | 1:41.613 | + 0:06.043 | 31 |
11 | M.Erikson | Caterham | Renault | 1:42.516 | + 0:06.946 | 55 |