Bəhreyn, 25.02.2023

Keçən illə müqayisədə az dəyişikliklərin olması üçgünlük qış testlərinin təəccüblü dərəcədə sakit keçməsinə səbəb olub. Görünən budur ki, daha etibarlılıq mübarizədə həlledici məqam olmayacaq, çünki ilk gündən hamı yarış məsafəsindən çox yol qət edə bilib.

F-1.az bildirir ki, bu, ümumiyyətlə qaydasında getməyən heç bir şeyin olmamasından xəbər vermir. Hər bir komandanın özünəxas problemləri olub. Yalnız Red Bull komandasını istisna etmək olar, çünki keçən ilin çempionları üçün bütün test günləri boyunca hər şey qaydasında gedib.

Ferrari-nin sürətini gizlətməsi barədə hər nə qədər şayiələr olsa da, komandanın hər iki sürücüsü etiraf edib ki, maşınları döngələrdə Red Bull RB19 qədər sabit deyil. Lakin bütün komanda üzvləri yalnız bir şüarı səsləndirir: “Bizim əlavə edə biləcəyimiz şeylər var”. Lakin qeyd etmək lazımdır ki, bu gün onlar xeyli sürətli olublar.

Mercedes komandası üçün testlər problemlərlə müşahidə olunub. Onlar keçənilki yırğalanma problemini həll etsələr də, hələ ki, əsas rəqiblərinə uduzmalarını müşahidə etmək olur.

Orta qrupdakı komandalardan isə Aston Martin-i qeyd etmək lazımdır. Onlar əsas 3 komandanı nəzərə almasaq, digələrindən daha inamlı görünürlər.

Olduqca sakit keçən son gündə ən sürətli nəticəni Serxio Peres əldə edib – 1:30.305. Bu, eyni zamanda üçgünlük testlərdə vurulmuş ən yaxşı dövrədir. Günün ən çox məsafə qət edəni isə Aleksander Elbon olub – 139 dövrə.

Artıq növbədə mövsümün ilk yarışı var və bizi ilk sərbəst yürüşlərdən cəmi 6 gün ayırır…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 11 Serxio Peres Red Bull 1:30.305 131 С4
2 44 Lyuis Həmilton Mercedes 1:30.664 + 0:00.359 63 С5
3 77 Valtteri Bottas Alfa Romeo 1:30.827 + 0:00.522 129 С5
4 16 Şarl Lekler Ferrari 1:31.024 + 0:00.719 67 C4
5 55 Karlos Sayns Ferrari 1:31.036 + 0:00.731 76 C4
6 22 Yuki Tsunoda AlphaTauri 1:31.261 + 0:00.956 77 C4
7 20 Kevin Maqnussen Haas 1:31.381 + 0:01.076 95 C4
8 63 Corc Rassell Mercedes 1:31.442 + 0:01.137 83 C5
9 14 Fernando Alonso Aston Martin 1:31.450 + 0:01.145 78 C4
10 34 Felipe Druqoviç Aston Martin 1:32.075 + 0:01.770 77 C5
11 4 Lando Norris McLaren 1:32.160 + 0:01.855 35 C3
12 10 Pyer Qasli Alpine 1:32.762 + 0:02.457 56 C3
13 23 Aleksander Elbon Williams 1:32.793 + 0:02.488 136 C5
14 31 Esteban Okon Alpine 1:33.257 + 0:02.952 74 C3
15 27 Niko Hülkenberq Haas 1:33.329 + 0:03.024 77 C3
16 81 Oskar Piastri McLaren 1:33.655 + 0:03.350 44 С3
17 21 Nik de Friz AlphaTauri 1:38.244 + 0:07.939 87 С3
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*