F-1.az bildirir ki, söhbət heç də dövrəvi nəticələrdən getmir – sadəcə RB19 sabit və sürətlidir, rəqibləri isə artıq problemlər yaşayır.
Ferrari-nin maşını yırğalanır və təkərləri tez yeyir. Mercedes isə görünüyü qədəri ilə balans və əyləclərin bloklanmasından əziyyət çəkir. Digər komandalar isə daha geridədirlər. Hamı keçənilki problemləri həll etməklə məşğul olarkən Red Bull irəliyə doğru daha bir addım atıb və mövsümün əvvəlində rəqibləri üçün etalon olacaq.
Bu gün də çox sakit keçib, ümumiyyətlə builki testlər əvvəlki illərdəkindən sakitliyinə görə xeyli fərqlənir. Bu gün maşınların problemi ucbatından yalnız bir dəfə qırmızı bayraqlar işə düşüb. Daha iki dəfə isə bu, FİA yeni sistem yoxladığı üçün baş verib.
Testlərin bitməsinə saat yarım qalmış Corc Rassell hidravlik sistemdən sızmaya görə trasda dayanması ilə bağlı göstəriş alıb. Maşın təxliyə olunub, komanda bugünkü proqramın başa çatdığını bildirib. Son dəqiqələrdə isə Çjounun maşını pit yolunun çıxışında dayanıb.
Gün ərzində 17 sürücü testlərdə iştirak edib və bir neçə nəfəri istisna etsək, qalan hamısı ən azı 1 yarışlıq məsafəni qət edə biliblər. Protokollara Quanyu Çjou başçılıq edib – 1:31.610. Bu daha yumşaq təkərlərlə vurulmuş dövrədir və komanda üçün ciddi uğur hesab edilə bilməz. Maşının real gücü bir həftə sonra sıralanma turlarında görünəcək.
Sabah Bəhreyndə qış testlərinin sonuncu günü baş tutacaq və biz daha sürətli nəticələr görə bilərik…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:31.610 | – | 133 | C5 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1:31.650 | + 0:00.040 | 44 | C3 |
3 | 14 | Fernando Alonso | Aston Martin | 1:32.205 | + 0:00.595 | 130 | C3 |
4 | 21 | Nik de Friz | AlphaTauri | 1:32.222 | + 0:00.612 | 72 | C5 |
5 | 27 | Niko Hülkenberq | Haas | 1:32.466 | + 0:00.856 | 66 | C4 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:32.486 | + 0:00.876 | 70 | C3 |
7 | 2 | Loqan Sarcent | Williams | 1:32.549 | + 0:00.939 | 154 | C5 |
8 | 16 | Şarl Lekler | Ferrari | 1:32.725 | + 0:01.115 | 66 | C3 |
9 | 81 | Oskar Piastri | McLaren | 1:33.175 | + 0:01.565 | 72 | C3 |
10 | 10 | Pyer Qasli | Alpine | 1:33.186 | + 0:01.576 | 57 | C3 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:33.442 | + 0:01.832 | 67 | C3 |
12 | 31 | Esteban Okon | Alpine | 1:33.490 | + 0:01.880 | 49 | C3 |
13 | 63 | Corc Rassell | Mercedes | 1:33.654 | + 0:02.044 | 26 | C3 |
14 | 11 | Serxio Peres | Red Bull | 1:33.751 | + 0:02.141 | 76 | PR |
15 | 44 | Lyuis Həmilton | Mercedes | 1:33.954 | + 0:02.344 | 72 | C3 |
16 | 4 | Lando Norris | McLaren | 1:35.522 | + 0:03.912 | 65 | C2 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:35.708 | + 0:04.098 | 85 | C2 |