Bəhreyn, 23.02.2023

Qış testləri mövsümə pərdəarxası gərgin hazırlığın bir növ yekunu, maşınlarda problemlərin olub-olmamasının yoxlanılması mərhələsi kimi xarekterizə olunur.

F-1.az xatırladır ki, komandalar təqdimatlarda əsasən yeni maşınları yox, rəng çalarlarını tanıtmağa üstünlük vermişdilər, lakin bu gün mövsüm ərzində yarışacaqları maşınları real olaraq trasa çıxarıblar.

Bu gün ancaq Haas komandasının yeni maşınının təqdimat mərasimi baş tutub, qalanları sakitcə öz proqramlarına başlayıblar.

İlk saatlar daha çox aerodinamik həllərin yoxlanılmasına yönəldilib. Buna görə də, maşınlar onlara quraşdırılmış əlavə panellərlə və aerodinamik boyalarla trasa çıxıblar. Keçən ildən bəri qaydalarda ciddi dəyişikliklər olmadığı üçün problemlər də az olub. Artıq nahara qədər sürücülərin çoxu Bəhreyn Qran Prisindən (57 dövrə) daha uzun məsafə qət ediblər.

Keçən il əsas problem maşınların şaquli yırğalanması idisə, bu il nisbətən sabitlik müşahidə edilib, lakin Ferrari və Alpine-da eyni problem digər komandalardan sanki daha çoxdur.

Gün ərzinsə sessiya qırmızı bayraqlarla yalnız bir dəfə – Felipe Druqoviş motordakı problemə görə dayanmalı olduğu üçün yarım saatlıq saxlanılıb. Gənc sürcü daha sonra proqramına davam edə bilib. Norris boksda bir saatdan çox vaxt itirib, Alonso və Hülkenberq bordürlərə hücum zamanı maşını cüzi zədələyiblər. Bir çoxları əyləcləri bloklayaraq trasdan çıxmalı olub, lakin Bəhreyndə təhlükəsizlik zonaları olduqca genişdir.

Red Bull-dan başqa bütün komandalar günlük proqramı iki sürücü arasında bölüblər. Maks həm ən sürətli dövrənin sahibi olub (1:32.837), həm də 157 dövrə vuraraq Red Bull-u ən çox məsafə qət edən komanda edib – 157 dövrə.

Bu gün heç kim maksimal sürətlənməyə və nəticələr göstərməyə tələsməyib. Testlər sabah davam edəcək və komandalar maşınların potensialını bir qədər də açacaqlar…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 1 Maks Ferstappen Red Bull 1:32.837 157 C3
2 14 Fernando Alonso Aston Martin 1:32.866 + 0:00.029 60 C3
3 55 Karlos Sayns Ferrari 1:33.253 + 0:00.416 72 C3
4 16 Şarl Lekler Ferrari 1:33.267 + 0:00.420 64 C3
5 4 Lando Norris McLaren 1:33.462 + 0:00.625 40 C3
6 44 Lyuis Həmilton Mercedes 1:33.508 + 0:00.671 83 C3
7 23 Aleksander Elbon Williams 1:33.671 + 0:00.834 74 C4
8 24 Quanyu Çjou Alfa Romeo 1:33.723 + 0:00.886 67 C3
9 63 Corc Rassell Mercedes 1:34.174 + 0:01.337 69 C3
10 2 Loqan Sarcent Williams 1:34.324 + 0:01.487 75 C3
11 27 Niko Hülkenberq Haas 1:34.424 + 0:01.587 51 C3
12 77 Valtteri Bottas Alfa Romeo 1:34.558 + 0:01.721 71 C3
13 21 Nik de Friz AlphaTauri 1:34.559 + 0:01.722 85 PR
14 34 Felipe Druqoviç Aston Martin 1:34.564 + 0:01.727 40 C3
15 22 Yuki Tsunoda AlphaTauri  1:34.671 + 0:01.834 46 C3
16 10 Pyer Qasli Alpine 1:34.822 + 0:01.985 60 C2
17 31 Esteban Okon Alpine  1:34.871 + 0:02.034 53 C2
18 81 Oskar Piastri McLaren 1:34.888 + 0:02.051 52 C3
19 20 Kevin Maqnussen Haas 1:35.087 + 0:02.250 57 C3

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*