F-1.az xəbər verir ki, Saxirdə yerləşən Beynəlxalq Avtodromda əsasən təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş bəzi dəyişikliklər edilib.
Testlər zamanı son iki gün qırmızı bayraqlarla sessiyaların dayandırılmasına səbəb olan drenaj sistemi betonla doldurulub. Trasın digər hissələrində ciddi dəyişiklik yoxdur.
FİA, eyni zamanda, trasda üç müstəqil DRS zonasının yerləşdiyini təsdiqləyib. DRS zonaları keçən illə müqayisədə dəyişməyib.
Birinci interval ölçmə (deteksiya) nöqtəsi birinci döngəyə 50 metr qalmış, aktivləşdirmə (aktivasiya) nöqtəsi üçüncüdən 23 metr sonra yerləşir.
İkinci DRS zonasının deteksiya nöqtəsi doqquzuncu döngəyə 10 metr qalmış, aktivasiya nöqtəsi onuncu döngədən 50 metr sonra yerləşir.
Üçüncü DRS zonası üçün deteksiya nöqtəsi on dördüncü döngəyə 110 metr qalmış, aktivasiya nöqtəsi on beşinci döngədən 250 metr sonra yerləşir.