Bəhreyn-2024: Həftəsonuna ilkin hava proqnozu

Bəhreyndə yarış süni işıqlandırma altında baş tutacaq, ona görə də sıralanma turu və yarış zamanı hava və asfaltın temperaturu gündüzlə müqayisədə daha aşağı olacaq - mövsümün ilk vacib sessiyaları isə yerli vaxtla, müvafiq olaraq, saat 19:00 və 18:00-da başlayacaq.

F-1.az xəbər verir ki, mövsümün ilk həftəsonu üçün ilkin proqnoz yağıntısız isti hava vəd edir.

Cümə axşamı Saxir trasında sərbəst yürüşlər keçiriləcək. Gün ərzində hava +21 dərəcəyədək qızacaq, güclü külək əsəcək. Cüməşənbə günləri havanın günəşli, +22 dərəcəyədək isti olacağı gözlənilir. Axşamlar havanın temperaturu +17 dərəcəyədək enəcək.

Ötən il Bəhreyn Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*