F-1.az xatırladır ki, ilk məşqlərdə Serxio Peres, ikinci və üçüncü məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib. Sıralanma turunda Red Bull sürücüləri mübarizə aparıb və Maks Ferstappen mövsümün ilk poulunu əldə edib.
Pirelli buraya Hard, Medium və Soft rolunda sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Yarışa yalnız Maqnussen sərt təkərlərlə başlayıb, qalanları isə yumşaq təkərləri seçiblər.
Yarışa ilk cərgədən Red Bull, ikinci cərgədən Ferrari pilotları başlayıb. Üçüncü cərgədə isə Alonso və Rassell qərarlaşıb.
Startda Maks liderliyini qoruyub, Lekler Peresi geridə qoyub. Həmilton Rassell və Alonsonu keçib, Maqnussen isə 4 yer qazanıb. Dördüncü dövrədə Stroll Alonso ilə təmas yaşayıb. Hülkenberq Okonla təmasdan sonra ön qanadını zədələyib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Peres – Sayns – Həmilton – Rassell – Alonso – Bottas – Stroll – Norris.
Qasli Maqnusseni, Okon və Elbon Norrisi keçib. Stroll Bottası üstələyib. Qasli 11-ci dövrədə pit-stop dalğasını başladıb. Onu növbəti dövrələrdə Norris, Tsunoda, Bottas, Elbon, Hülkenberq, de Friz, Həmilton, Okon, Sarcent və Çjou təqib edib.
Piastri pit-stop zamanı maşını yenidən işə sala bilməyib və debüt yarışı onun üçün çox erkən bitib.
Alonso 14-dü dövrədə Rassellə mübarizədən qalib ayrılaraq beşinci yerə qalxıb. Lekler, Sayns və Rassell də təkərlərini dəyişiblər – britaniyalı sürücünü ləngidiblər. Ferstappen və Alonso 16-cı, Stroll, Maqnussen və Okon növbəti dövrədə yeni təkərlərə keçiblər. Norrisin pit-stopu da çox ləng keçib.
Stroll Bottası keçib, 25-ci dövrədə isə Norris Okonu keçib. Yumşaq təkərlərlə davam edən Peres sərt tərkiblə yarışan Leklerə sürətlə yaxınlaşıb. Nəhayət 27-ci dövrədə onu üstələyib. İki dəfə cərimələnən Okon pit-leyndə sürət həddini aşdığı üçün üçüncü dəfə cəzalanıb.
Lekler 35-ci, Alonso və Peres 36-cı, Ferstappen isə 38-ci dövrədə ikinci dəfə təkər dəyişib. Alonso Həmiltona hücum edərək önə keçsə də, britaniyalı sürücü yerini bərpa edib. Lakin bir dövrə sonra Fernando öndə qalmağı bacarıb. 40-cı dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Sayns – Alonso – Həmilton – Stroll – Rassel – Bottas və Albon.
Lekler 42-ci dövrədə motor nasazlığına görə mübarizəni dayandırıb. VTM rejimi elan edilib. Liderlər qrupundan heç kim pit-stop etməyib. Resrtart tez verilib və Qasli 9-cu yer uğrunda mübarizədə Elbonu məğlub edib. Okon 44-cü dövrədə yarışdan çəkilib. Alonso üçüncülük üçün Saynsa hücumlar edib lakin son anda təmasdan yayına bilib. Növbəti cəhd uğurlu olub və ikiqat dünya çempionu sürətlə uzaqlaşmağa başlayıb.
Maks Ferstappen karyerasında 36-cı qələbəsini əldə edib. Serxio Peres ikinci olaraq komandasına qələbə dublu qazandırıb. Fernando Alonso karyerasında 99-cu dəvə podiuma yüksəlib.
Mübarizə iki həftə sonra Ciddə küçələrində davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:33:56.736 | 2 |
2 | 11 | Serxio Peres | Red Bull | + 0:11.987 | 2 |
3 | 14 | Fernando Alosno | Aston Martin | + 0:38.637 | 2 |
4 | 55 | Karlos Sayns | Ferrari | + 0:48.052 | 2 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:50.977 | 2 |
6 | 18 | Ləns Stroll | Aston Martin | + 0:54.502 | 2 |
7 | 63 | Corc Rassell | Mercedes | + 0:55.873 | 2 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 1:12.647 | 2 |
9 | 10 | Pyer Qasli | Alpine | + 1:13.753 | 3 |
10 | 23 | Aleksander Əlbon | Williams | + 1:29.774 | 3 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:30.870 | 3 |
12 | 2 | Loqan Sarcent | Williams | +1 dövrə | 3 |
13 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 3 |
14 | 21 | Nik de Friz | AlphaTauri | +1 dövrə | 2 |
15 | 27 | Niko Hülkenberq | Haas | +1 dövrə | 3 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | +1 dövrə | 3 |
17 | 4 | Lando Norris | McLaren | +2 dövrə | 6 |
Sürətli dövrə: Quanyu Çjou (Alfa Romeo) – 1:33.996 (56-cı dövrə, 207.276 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Esteban Okon | Alpine | 44 | elektronik problem |
Şarl Lekler | Ferrari | 42 | güc qurğusu |
Oskar Piastri | McLaren | 14 | mexaniki problem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 25 | |
2 | 11 | Serxio Peres | Oracle Red Bull Racing | 18 | |
3 | 14 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 15 | |
4 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 12 | |
5 | 44 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS Formula One Team | 10 | |
6 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 8 | |
7 | 63 | Corc Rassell | Mercedes-AMG PETRONAS Formula One Team | 6 | |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 4 | |
9 | 10 | Pyer Qasli | BWT Alpine F1 Team | 2 | |
10 | 23 | Aleksander Əlbon | Williams Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 43 |
2 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 23 |
3 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 16 |
4 | Scuderia Ferrari | Ferrari | 12 |
5 | Alfa Romeo F1 Team Stake | Ferrari | 4 |
6 | BWT Alpine F1 Team | Renault | 2 |
7 | Williams Racing | Mercedes | 1 |