Bəhreyn-2023: Sıralanma turu

Mövsümün ilk sıralanma turu hamının real sürətini nümayiş etdirdiyi sessiyadır. Saniyəölçən artıq söz-söhbətləri bitirib və hamını öz yerinə qoyub...

F-1.az xatırladır ki, dünən ilk məşqlərdə Serxio Peres sürətli olsa da, ikinci və bugünkü son məşqlərdə Fernando Alonso protokollara başçılıq edib.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkibləri gətirib. Hard təkərlərin asfaltla ilişməsi çox zəif olub, Soft təkərlər isə Medium-lara nisbətən yüksək sürət üstünlüyünə mane olublar.

İlk sessiyada Ferrari sürücüləri orta, qalan hamı yumşaq təkərlərlə trasa çıxıb. Lakin mübarizə az sonra qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Leklerin maşınından qopan parçalar olub. Fasilə 5 dəqiqə davam edib, Sayns trasdan tam çıxdığı üçün nəticəsi silinib.

Strolla da eyni cəza verilib. Ferrari sürücüləri də Soft-lara keçiblər. Karlos Sayns 1:30.993-lük nəticə ilə liderliyə qalxıb və ikinci cəhdinə çıxmayıb. İspan sürücü yerini qoruyub. Norris və Sarcent eyni nəticəni əldə etsələr də, britaniyalı sürücü daha erkən buna imza atdığı üçün növbəti mərhələyə keçə bilən son sürücü olub. Loqanla yanaşı, Qasli, dl Friz, Piastri və Maqnussen də sıralanma turu ilə vidalaşıb.

İkinci Sessiyada hamı Soft təkərlərlə boskları tərk edib, Elbon isə ilk cəhdini qaçırıb. Ferstappen 1:30.503 ilə protokollara başçılıq edib. Elbon trasa çıxsa da, dövrəsini tamamlamadan geri qayıdıb. Red Bull sürücüləri də ikinci cəhdlərindən imtina ediblər. Elbon, Tsunoda, Çjou, Bottas və Norris ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Ferstappen birinci cəhdində 90 saniyədən sürətlo ola bilib – 1:29.897. Okon boksdan ayrılmayıb, Sayns isə səgvə yol verib. Lekler Maksa cüzi fərqlə uduzaraq boksa qayıdıb və maşını tərk edərək mübarizədən çəkilib. Hülkenberq trasdan tam çıxdığı üçün nəticəsi silinib. Peres son cəhdində ideal dövrə vursa da, Ferstappen poul üçün lazım olan nəticəni əlçatmaz edib – 1:29.708!

Beləliklə, Maks Ferstappen karyerasında 21-ci dəfə poulun sahibi olub. Serxio Peres komandanın ilk cərgəni zəbt etməsində köməkçi olub. İkinci cərgə Ferrari-nin, üçüncü cərgə isə Fernando Alonso və Corc Rassellindir.

Sabah komandaların yarış templəri həlledici olacaq. Bizi Bakı vaxtı ilə 19:00-da qələbə uğrunda amansız mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 7 1:31.295 6 2 1:30.503 3 1:29.708 6
2 11 Serxio Peres Red Bull 10 1:31.479 6 7 1:30.746 3 1:29.846 6
3 16 Şarl Lekler Ferrari 3 1:31.094 8 1 1:30.282 6 1:30.000 3
4 55 Karlos Sayns Ferrari 1 1:30.993 6 5 1:30.515 6 1:30.154 6
5 14 Fernando Alonso Aston Martin 4 1:31.158 6 6 1:30.645 6 1:30.336 3
6 63 Corc Rassell Mercedes 2 1:31.057 6 3 1:30.507 6 1:30.340 3
7 44 Lyuis Həmilton Mercedes 13 1:31.543 6 4 1:30.513 6 1:30.384 3
8 18 Ləns Stroll Aston Martin 5 1:31.184 6 10 1:31.127 6 1:30.836 6
9 31 Esteban Okon Alpine 12 1:31.508 6 9 1:30.914 6 1:30.984 3
10 27 Niko Hülkenberq Haas 6 1:31.204 8 8 1:30.809 6 3
11 4 Lando Norris McLaren 15 1:31.652 7 11 1:31.381 6
12 77 Valtteri Bottas Alfa Romeo 11 1:31.504 6 12 1:31.443 6
13 24 Quanyu Çjou Alfa Romeo 14 1:31.615 6 13 1:31.473 6
14 22 Yuki Tsunoda AlphaTauri 8 1:31.400 9 14 1:32.510 6
15 23 Aleksander Elbon Williams 9 1:31.461 6 15 2
16 2 Loqan Sarcent Williams 16 1:31.652 6
17 20 Kevin Maqnussen Haas 17 1:31.892 6
18 81 Oskar Piastri McLaren 18 1:32.101 7
19 21 Nik de Friz AlphaTauri 19 1:32.121 9
20 10 Pyer Qasli Alpine 20 1:32.181 6
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*