Bəhreyn-2023: Maraqlı statistika

Bəhreyn Qran Prisi başa çatdıqdan sonra sıralanma və yarış üzrə bir neçə maraqlı statistik məlumat tərtib etmişik.

F-1.az həmin statistikanı təqdim edir:

SIRALANMA TURU

Maks Ferstappenin Bəhreyndə qazandığı poul onun karyerasında 21-ci olub – o, bu göstəriciyə görə reytinqdə Deymon Hilli (20 poul) qabaqlayaraq, Fernando Alonsoya bir poul uduzaraq 14-cüdür.

Serxio Peres karyerasında Bəhreyndə 2-ci olmaqla birinci dəfə ilk üçlükdə start alıb..

Əvvəllər heç vaxt Red Bull sürücüləri Bəhreyndə start düzümündə birinci cərgəni tam tutmayıblar.

İl və qaydalar dəyişib, lakin startda ilk dördlük keçən mövsümün son yarışının startı ilə eynidir.

Fernando Alonso hibrid turbo mühərriklərə keçdikdən sonra Bəhreyndə ən yaxşı nəticəni əldə edərək beşincilik qazanıb.

Hətta Corc Rassellin altıncı yeri ötən mövsümün son yarışındakı start mövqeyinə uyğun gəlib.

YARIŞ

Maks Ferstappen Bəhreyn Qran Prisini qazanıb – karyerasında 36-cı, Bəhreyndə ilk qələbəsi və mövsümün ilk yarışında birinci olub. Bu, Red Bull-un Bəhreyndə son on ildə ilk qələbəsidir.

Üçüncü yeri tutan Fernando Alonso karyerasının 99-cu podiumunu və brendin 50-ci Qran Prisinin startında Aston Martin tarixində ikinci podiumunu qazanıb. Bu, Alonsonun 2021-ci ildə Qətər Qran Prisindən sonra ilk podiumudur.

Lyuis Həmiltonun beşinci yeri onun həm də beşinci yeri tutduğu 2013-cü ildən bəri Bəhreyndə ən pis nəticəsidir.

Ləns Strollun altıncı yeri keçən il Sinqapurdakı ən yaxşı finişin təkrarı olub.

Səkkizinci yeri tutan Valtteri Bottas Bəhreyndə ardıcıl onuncu dəfə xal qazanıb.

Doqquzuncu yeri tutan Pyer Qasli karyerasında sonuncu yerdən başladıqdan sonra ikinci dəfə xal qazanıb – ilk dəfə bunu 2018-ci ildə Meksikada etmişdi.

Karyerasında ikinci dəfə Quanyu Çjou sürətli dövrəyə imza atıb – ilk dəfə bunu keçən il Yaponiyada etmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*