Bəhreyn-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq mövsümün ilk mərhələsi - Bəhreyn Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Red Bull Racing-in testlərdəki inamlı çıxışı bukmeykerlərdə Maks Ferstappenin yeni mövsümə qələbə ilə başlayacağına inam yaradıb. Onlar Şarl Lekleri niderlandlıya əsas rəqib hesab edirlər. Reytinqdə üçüncü yerdə isə Lyuis Həmilton qərarlaşıb.

Bəhreyn Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 2.25
Şarl Lekler 3.50
Lyuis Həmilton 6.00
Karlos Sayns 9.50
Corc Rassell 11.00
Serxio Peres 19.00
Fernando Alonso 29.00

 

Maks çempionluq mərclərində də liderdir. Onun şansları ən yaxın izləyicilərindən 2 dəfədən çox qiymətləndirirlir. Lyuis titula ən güclü ikinci namizəd kimi göstərilir, lakin Şarl da onunla demək olar ki, eyni dərəcədə qiymətləndirilib…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.73
Lyuis Həmilton 4.50
Şarl Lekler 5.00
Corc Rassell 9.00
Karlos Sayns 21.00

 

Təbii ki, Mühəndislər Kubokunun ən real namizədi də ötən ilin çempionu Red Bull-dur. Bukmeykerlərin fikrincə, onların ən yaxın rəqibləri Mercedes olacaq. Ferrari üçüncü komanda kimi göstərilir…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.95
Mercedes AMG 2.70
Scuderia Ferrari 4.33
Aston Martin 126.00
McLaren, Alpine 151.00
Alfa Romeo, AlphaTauri 751.00
Haas 1501.00
Williams 2001.00
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*