F-1.az xəbər verir ki, komandaların əksəriyyəti sona qədər məşqlərə gətirdikləri ən son yeniliklərə sadiq qalıblar – onların effektivliyini qiymətləndirmək üçün məşqlərdən istifadə ediblər.
Sessiya problemsiz ötüşməyib. Güclü külək maşının kəskin sürüşməsinə səbəb olduğundan Piastri trasdan çıxıb. Sarcent kokpitdə yanma qoxusundan şikayətlənsə də, ypluna davam edib. Stroll iki dövrəni tamamlayıb, lakin hidravlik sızmaya görə ilk yarım saatı itirib.
Saynzın maşını doqquzuncu döngədə bordürlə təmasdan sonra yerində fırlanıb – o, yavaş-yavaş pitə qayıdıb və bir qədər fasilədən sonra yenidən trasa çıxıb.
Serxio Peres ilk seansda Soft təkərlərlə 1:32.758-lik nəticə əldə edərək lider olub. Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:32.758 | – | 21 |
2 | 14 | Fernando Alonso | Aston Martin | 1:33.196 | + 0:00.438 | 22 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:33.375 | + 0:00.617 | 21 |
4 | 4 | Lando Norris | McLaren | 1:34.165 | + 0:01.407 | 21 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:34.257 | + 0:01.499 | 17 |
6 | 18 | Ləns Stroll | Aston Martin | 1:34.298 | + 0:01.540 | 17 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:34.402 | + 0:01.644 | 20 |
8 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:34.575 | + 0:01.817 | 18 |
9 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:34.689 | + 0:01.931 | 20 |
10 | 44 | Lyuis Həmilton | Mercedes | 1:34.917 | + 0:02.159 | 13 |
11 | 63 | Corc Rassell | Mercedes | 1:34.966 | + 0:02.208 | 20 |
12 | 81 | Oskar Piastri | McLaren | 1:34.997 | + 0:02.239 | 24 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:35.015 | + 0:02.257 | 20 |
14 | 27 | Niko Hülkenberq | Haas | 1:35.043 | + 0:02.285 | 22 |
15 | 31 | Esteban Okon | Alpine | 1:35.105 | + 0:02.347 | 20 |
16 | 21 | Nik de Friz | AlphaTauri | 1:35.402 | + 0:02.644 | 25 |
17 | 10 | Pyer Qasli | Alpine | 1:35.455 | + 0:02.697 | 22 |
18 | 2 | Loqan Sarcent | Williams | 1:35.749 | + 0:02.991 | 24 |
19 | 23 | Aleksander Elbon | Williams | 1:36.018 | + 0:03.260 | 15 |
20 | 55 | Karlos Sayns | Ferrari | 1:36.072 | + 0:03.314 | 21 |