F-1.az bildirir ki, buna baxmayaraq, komandalar bu məşqləri testlərin davamı hesab edib intensiv proqram ilə çıxış edirlər. Çünki maşınlar tamamilə yenidir və inkişaf etdirilməli çox şey var.
Mercedes Həmiltonun maşınında yeni DRS sistemini test edib və maşında düzlüklərdəki yırğalanma nəzərəçarpacaq dərəcədə azalıb. Tsunoda hidravlil sistemlərdəki problemə görə sessiyanı buraxmalı olub. Lekler 27-i dəqiqədə çınqıllığa çıxsa da, geri qayıda bilib. Ferrari mexanikləri Saynsı boksdan buraxarkən diqqətsizliyə yol veriblər. Nəticədə, Alonso maşını son anda dayandıraraq toqquşmadan yayına bilib. Stüardlar insidenti araşdırırlar.
Dövrəvi nəticələrin çox da informativ olmadığı bu sessiyada da ən sürətli Maks Ferstappen olub – 1:32.544. Bizi Bakı vaxtı ilə 19:00-da olduqca maraqlı və gözlənilməz nəticələrə açıq olan mövsümün ilk sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:32.544 | – | 14 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:32.640 | + 0:00.096 | 16 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:32.791 | + 0:00.247 | 20 |
4 | 63 | Corc Rassell | Mercedes AMG | 1:32.935 | + 0:00.391 | 18 |
5 | 11 | Karlos Sayns | Ferrari | 1:33.053 | + 0:00.509 | 20 |
6 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:33.121 | + 0:00.577 | 15 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:33.437 | + 0:00.893 | 14 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:33.733 | + 0:01.189 | 20 |
9 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:33.880 | + 0:01.336 | 18 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:33.920 | + 0:01.376 | 14 |
11 | 4 | Lando Norris | McLaren | 1:33.955 | + 0:01.411 | 18 |
12 | 27 | Niko Hülkenberq | Aston Martin | 1:33.971 | + 0:01.427 | 17 |
13 | 10 | Pyer Qasli | AlphaTauri | 1:34.176 | + 0:01.632 | 18 |
14 | 47 | Mİk Şumaxer | Haas | 1:34.295 | + 0:01.751 | 17 |
15 | 3 | Daniel Rikkardo | McLaren | 1:34.378 | + 0:01.834 | 20 |
16 | 14 | Fernando Alonso | Alpine | 1:34.628 | + 0:02.084 | 15 |
17 | 23 | Aleksander Elbon | Williams | 1:34.868 | + 0:02.324 | 15 |
18 | 31 | Esteban Okon | Alpine | 1:34.957 | + 0:02.413 | 16 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:35.667 | + 0:03.123 | 14 |
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | – | – | 0 |