F-1.az xatırladır ki, dünən ilk sərbəst yürüşlərin qalibi Pyer Qasli olsa da, növbəti iki sessiyada Maks Ferstappen hamıdan sürətli olub. Nəticələr keçənilkindən zəif olsalar da, proqnozlaşdırıldığı qədər geri qalmayıb. Pirelli hər bir riski nəzərə alaraq, keçənilki ilə müqayisədəki ilə müqayisədə daha sərt təkərləri – C1, C2 və C3 tərkiblərini gətirib. Yeni reqlament sürücülərə startda istədikləri təkərləri seçməkdə sərbəstlik verir.
İlk Sessiyada Qasli, Elbon və Latifi orta təkərlərlə çıxsalar da, dövrəni tamamlamadan pit yoluna qayıdıblar və yumşaq təkərlərə keçiblər. İlk cəhdlərdə Ferstappen demək olar ki, dünənki sürətli nəticəsini təkrarlayıb. Lakin Lekler onu ötüb – 1:31.471. Bu nəticə monakoluya protokollara başçılıq etməsi üçün kifayət edib. Sayns ona minimal fərqlə uduzub. Hər iki Ferrari sürücüsü və Maks ikinci cəhdlərindən imtina ediblər. Latifi, Stroll, Rikkardo, Hülkenberq və Tsunoda üçün sessiya başa çatıb.
İkinci Sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Elbon yenə dövrəni tamamlamadan geri qayıdıb. Maks ilk cəhddə 1:30.707-lik nəticə ilə öndə olub, Lekler ona uduzub. Maqnussen maşında hidravlik problem yaranmazdan əvvəl dördüncü nəticəni göstərə bilib. Problem qısa zaman ərzində aradan qaldırılıb. İkinci cəhdlərdə Ferrari sürücüləri nəticələrini yaxşılaşdırsalar da, Maksı keçə bilməyiblər. İlk altılıq Red Bull, Ferrari və Mercedes sürücüləri tərəfindən zəbt edilib və nəticələr sıx olub. Maqnussen 2.5 illik fasilədən sonra ilk dəfə Haas-ı ilk onluğa daşıya bilib. Çjou, Elbon, Norris, Şumaxer və Okon üçün sıralanma turu başa çatıb.
Son sessiyada Sayns ilk cəhdində 1:30.687 ilə ən sürətli olub. Lekler və Maks ona saniyənin 20-də biri qədər uduzublar. Lekler ikinci cəhdində 1:30.558-lik dövrə vuraraq komanda yoldaşını üstələyib. Saynzı Ferstappen də keçib, lakin Leklerə çata bilməyib.
Beləliklə, Şarl Lekler yeni erada ilk poulun sahibi olub. Bu, monakolu sürücü üçün karyerasında 10-cu, Ferrari üçün keçənilki Azərbaycan Qran Prisindən sonra ilk, tarixində isə 231-ci pouldur. Valtteri Bottas isə sıralanma turlarında son sessiyaya qalmaq seriyasını 103 yarışa çatdırıb.
Sabah Bakı vaxtı ilə 19:00-da bizi möhtəşəm yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:31.471 | 3 | 3 | 1:30.932 | 6 | 1:30.558 | 6 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 3 | 1:31.785 | 5 | 1 | 1:30.757 | 3 | 1:30.681 | 6 |
3 | 55 | Karlos Sayns | Ferrari | 2 | 1:31.567 | 3 | 2 | 1:30.787 | 6 | 1:30.687 | 6 |
4 | 11 | Serxio Peres | Red Bull | 11 | 1:32.311 | 6 | 4 | 1:31.008 | 6 | 1:30.921 | 6 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 10 | 1:32.285 | 5 | 5 | 1:31.048 | 6 | 1:31.238 | 6 |
6 | 77 | Valtteri Bottas | Alfa Romeo | 4 | 1:31.919 | 6 | 10 | 1:31.717 | 6 | 1:31.560 | 3 |
7 | 20 | Kevin Maqnussen | Haas | 5 | 1:31.955 | 6 | 7 | 1:31.461 | 3 | 1:31.808 | 3 |
8 | 14 | Fernando Alonso | Alpine | 12 | 1:32.346 | 5 | 8 | 1:31.621 | 6 | 1:32.195 | 3 |
9 | 63 | Corc Rassell | Mercedes AMG | 9 | 1:32.269 | 5 | 6 | 1:31.252 | 6 | 1:32.216 | 6 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 7 | 1:32.096 | 9 | 9 | 1:31.635 | 6 | 1:32.338 | 6 |
11 | 31 | Esteban Okon | Alpine | 6 | 1:32.041 | 6 | 11 | 1:31.782 | 6 | ||
12 | 47 | Mik Şumaxer | Haas | 13 | 1:32.380 | 6 | 12 | 1:31.998 | 5 | ||
13 | 4 | Lando Norris | McLaren | 8 | 1:32.239 | 8 | 13 | 1:32.008 | 6 | ||
14 | 23 | Aleksander Elbon | Williams | 15 | 1:32.726 | 8 | 14 | 1:32.664 | 5 | ||
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 14 | 1:32.493 | 6 | 15 | 1:33.543 | 6 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:32.750 | 8 | |||||
17 | 27 | Niko Hülkenberq | Aston Martin | 17 | 1:32.777 | 6 | |||||
18 | 3 | Daniel Rikkardo | McLaren | 18 | 1:32.945 | 8 | |||||
19 | 18 | Ləns Stroll | Aston Martin | 19 | 1:33.032 | 6 | |||||
20 | 20 | Nikolas Latifi | Williams | 20 | 1:33.634 | 8 |