F-1.az xəbər verir ki, trayektoriyanın rezin qatı ilə örtülməsi asfaltla ilişməni xeyli yaxşılaşdırıb və artıq ilk cəhdlərdən əldə edilən nəticələr gündüzkü ilə müqayisədə xeyli yaxşı olub. Komanda Bottasın maşınında yaranmış problemi həll edib və finlandiyalı sürücü bu dəfə işləyə bilib. Mercedes Həmiltonun maşınını əvvəlki konfiqurasiyaya qaytarsa da, maşında yırğalanma yenə çoxdur. Mercedes bu problemi hələ həll edə bilməyib.
Buradakı testləri koronavirusa yoluxduğu üçün buraxmalı olan Daniel Rikkardo ikinci məşqləri maye sızması səbəbindən yarımçıq saxlamalı olub. Sürücülər Medium təkərlərlə başlasalar da, sonradan Soft-lara keçərək sıralanma turuna hazırlaşıblar ki, bu da təsnifat mərhələsi barədə bir qədər proqnozlar verməyə imkan yaradıb. Sürücülər ardıcıl sürətli dövrələr vurduqdan sonra təklərlərin səmərəliliyini yoxlamaq üçün yarış simulyasiyasına keçiblər.
Protokollara Maks Ferstappen başçılıq edib – 1:31.936. Bu nəticə ona keçən il poul qazandıran nəticədən 3 saniyə geri qalır, lakin sabah sürücülər daha da sürətlənəcəklər…
Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:31.936 | – | 20 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:32.023 | + 0:00.087 | 20 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:32.520 | + 0:00.584 | 21 |
4 | 63 | Corc Rassell | Mercedes AMG | 1:32.529 | + 0:00.593 | 25 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:32.877 | + 0:00.941 | 24 |
6 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:32.951 | + 0:01.015 | 30 |
7 | 11 | Serxio Peres | Red Bull | 1:32.958 | + 0:01.022 | 20 |
8 | 47 | Mik Şumaxer | Haas | 1:33.085 | + 0:01.149 | 24 |
9 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:33.144 | + 0:01.208 | 23 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:33.183 | + 0:01.247 | 23 |
11 | 4 | Lando Norris | McLaren | 1:33.280 | + 0:01.344 | 27 |
12 | 31 | Esteban Okon | Alpine | 1:33.360 | + 0:01.424 | 25 |
13 | 10 | Pyer Qasli | AlphaTauri | 1:33.621 | + 0:01.685 | 24 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:33.789 | + 0:01.853 | 26 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:33.953 | + 0:02.017 | 26 |
16 | 18 | Ləns Stroll | Aston Martin | 1:33.958 | + 0:02.022 | 25 |
17 | 27 | Niko Hülkenberq | Aston Martin | 1:34.061 | + 0:02.125 | 27 |
18 | 3 | Daniel Rikkardo | McLaren | 1:34.166 | + 0:02.230 | 12 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:34.486 | + 0:02.550 | 28 |
20 | 23 | Aleksander Elbon | Williams | 1:34.735 | + 0:02.799 | 22 |