F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü ən sərin gün olacaq – güclü külək əsəcək və temperatur maksimum +21 dərəcə olacaq. Şənbə və bazar günləri isə sakit hava şəraiti və +25 dərəcəyə çatan istilik gözlənilir.
Qeyd edək ki, burada əsas sessiyalar süni işıqlar altında keçiriləcək və temperatur gündüzə nisbətən daha aşağı olacaq.
Xatırladaq ki, keçən il buradakı bütün sessiyalar quru havada baş tutmuşdu.