Bəhreyn-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları mövsümün ilk yarışı və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeyketlər ilk yarışda Lyuis Həmiltonun qələbə qazanacağına inanırlar. Komandanın testlərdəki çıxışı onlarda əminlik yaradıb. Çempionatdakı əsas rəqibi Maks Ferstappen qələbəyə ən yaxın ikinci sürücü hesab edilsə də, onun şansları Şarl Leklerdən ciddi fərqləndirilməyib. Corc Rassellə isə komanda yoldaşından 3 dəfə az inanırlar…

Bəhreyn Qran Prisində qələbə
Lyuis Həmilton 2.70
Maks Ferstappen 4.33
Şarl Lekler 5.50
Corc Rassell 8.00
Karlos Sayns 9.50
Lando Norris 19.00
Serxio Peres 21.00
Daniel Rikkardo 34.00

 

Lyuis Həmilton keçən il titulu son dövrədə əldən versə də, bu mövsüm ən şanslı sürücü hesab edilir və ona təyin edilən əmsal olduqca aşağıdır. Bu cədvəldə də ikinci yerdə Maks Ferstappen, üçüncü yerdə isə Şarl Lekler qərarlaşıb…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.20
Maks Ferstappen 4.00
Şarl Lekler 6.50
Corc Rassell 7.00
Karlos Sayns 13.00
Lando Norris 15.00
Fernando Alonso 41.00
Daniel Rikkardo 51.00

 

Mühəndislər Kubokunda da Mercedes aşkar favorit göstərilir. Lakin idarənin əməkdaşlarının fikrincə, onların əsas rəqibi Red Bull yox, Ferrari olacaq. Williams isə burada ən az şans verilən komandadır…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.61
Scuderia Ferrari 4.00
Red Bull 5.00
McLaren 13.00
Alpine 41.00
Aston Martin 51.00
AlphaTauri 101.00
Alfa Romeo, Haas 251.00
Williams 301.00
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*