F-1.az bildirir ki, bu suallara ən çox sahib olan məhz Niko Hülkenberqdir. Sebasyan Fettelin koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün onu əvəzləməli olan alman sürücü yeni nəsil maşınlarla hətta heç simluyatorda da işləməmişdi və 22 düymlük təkərlərlə tanış deyildi. Niko bu gün ilk dəfə yeni maşının sükanı arxasına keçib.
Nikita Mazepinin yerinə gələn Kevin Maqnussen üçün isə vəziyyət nisbətən ürəkaçandır, çünki danimarkalı pilot azından ikinci qış testlərində maşınla işləmək fürsətini əldə edib.
Komandaların əksəriyyəti çox sayda yeniliklərlə gəlib və sessiya onların qiymətləndirilməsinə həsr olunub. Maşınlarda hələ testlərdən müşahidə edilən düzlüklüklərdə yüksək sürətlərdə yırğalanma problemi heç də hamı tərəfindən həll edilməyib. Bunun optimal həllini tapmayan komandalar ya problemlə barışmalı, ya da asfaltayatma qüvvəsini azaldaraq sürəti qurban verməlidirlər…
Valtteri Bottas maşındakı texniki problemə görə 1 dövrə vurduqdan sonra boksa qayıdıb. Xeyli sonra təzədən trasa çıxsa da, yenə də geri gəlməli olub və məşqlərdə iştirak edə bilməyib. Səkkinzinci dəqiqədə Okonun maşının sağ tərəfindəki pontonlar qırılaraq trasa dağıldığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 10 dəqiqə davam edib. Rassell də oxşar problem yaşasa da, qırmızı bayraqlar olmayıb. Şarl Lekler 11-ci döngədə yerində fırlansa da, yoluna davam edib.
Heç kim sürətli dövrələrə əhəmiyyət verməyib. Protokollara isə Pyer Qasli 1:34.193-lük nəticə ilə başçılıq edib. Axşam ən əhəmiyyətli məşq sessiyası bizi gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 10 | Pyer Qasli | AlphaTauri | 1:34.193 | – | 23 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:34.557 | + 0:00.364 | 22 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:34.611 | + 0:00.418 | 22 |
4 | 63 | Corc Rassell | Mercedes AMG | 1:34.629 | + 0:00.436 | 22 |
5 | 1 | Maks Ferstappen | Red Bull | 1:34.742 | + 0:00.549 | 22 |
6 | 18 | Ləns Stroll | Aston Martin | 1:34.814 | + 0:00.621 | 21 |
7 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.943 | + 0:00.750 | 16 |
8 | 14 | Fernando Alonso | Alpine | 1:35.000 | + 0:00.807 | 13 |
9 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:35.028 | + 0:00.835 | 20 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:35.050 | + 0:00.857 | 22 |
11 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:35.053 | + 0:00.860 | 20 |
12 | 31 | Esteban Okon | Alpine | 1:35.151 | + 0:00.958 | 15 |
13 | 6 | Nikolas Latifi | Williams | 1:35.644 | + 0:01.451 | 14 |
14 | 27 | Niko Hülkenberq | Aston Martin | 1:35.815 | + 0:01.622 | 22 |
15 | 31 | Esteban Okon | Williams | 1:35.923 | + 0:01.730 | 16 |
16 | 4 | Lando Norris | McLaren | 1:36.304 | + 0:02.111 | 22 |
17 | 22 | Daniel Rikkardo | McLaren | 1:36.402 | + 0:02.209 | 20 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:36.536 | + 0:02.343 | 22 |
19 | 20 | Kevin Maqnussen | Haas | 1:36.804 | + 0:02.611 | 21 |
20 | 77 | Valtteri Bottas | Alfa Romeo | – | – | 2 |