F-1.az bildirir ki, əvvəl olduğu kimi, yenə də dördüncü döngədə tam trasdan çıxmağa görə nəticələr silinib. Bottas buna iki dəfə məruz qalıb. Heç kim sürətli dövrələrə cəhd etməyib, temp aşağı olub.
Lekler 20-ci dəqiqədə ikinci döngənin çıxışında yerində fırlanıb. Ondan 12 dəqiqə sonra isə Mazepin yeddinci döngədə trasdan çıxıb, lakin geri qayıdıb və proqramını davam etdirib. Fettel xoşagəlməz halla qarşılaşıb – bir neçə xırda detal maşından qoparaq dəbilqəsinə dəyib. Alman sürücü dövrələr seriyasını yarımçıq qoymalı olub.
Maks Ferstappen yenə hamıdan sürətli olub – 1:30.557. Bizi Bakı vaxtı ilə saat 19:00-da mövsümün ilk poulu uğrunda çox gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:30.577 | – | 11 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:31.316 | + 0:00.739 | 14 |
3 | 10 | Pyer Qasli | AlphaTauri | 1:31.583 | + 0:01.006 | 13 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:31.855 | + 0:01.278 | 16 |
5 | 11 | Serxio Peres | Red Bull | 1:31.908 | + 0:01.331 | 11 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:32.108 | + 0:01.531 | 16 |
7 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:32.224 | + 0:01.647 | 15 |
8 | 31 | Esteban Okon | Alpine | 1:32.423 | + 0:01.846 | 11 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:32.431 | + 0:01.854 | 13 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:32.477 | + 0:01.900 | 12 |
11 | 16 | Şarl Lekler | Ferrari | 1:32.482 | + 0:01.905 | 17 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:32.500 | + 0:01.923 | 11 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:32.709 | + 0:02.132 | 15 |
14 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:32.755 | + 0:02.178 | 15 |
15 | 14 | Fernando Alonso | Alpine | 1:32.820 | + 0:02.243 | 15 |
16 | 4 | Lando Norris | McLaren | 1:32.860 | + 0:02.283 | 10 |
17 | 63 | Corc Rassell | Williams | 1:33.323 | + 0:02.746 | 14 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:33.422 | + 0:02.845 | 14 |
19 | 9 | Nikita Mazepin | Haas | 1:33.622 | + 0:03.045 | 14 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:33.959 | + 0:03.382 | 16 |