Bəhreyn-2021: İkinci sərbəst yürüşlər

İkinci məşqlər həm sıralanma turu, həm də yarışla eyni saatda - süni işıqlar altında baş tutduğu üçün ən əhəmiyyətli sessiyalardan biri hesab edilir.

F-1.az bildirir ki, ilk məşqlərdə olduğu kimi, bu dəfə də sürücülər ilk dəqiqələrdən trasa çıxıblar. Sessiyanın əvvələrində maşının tarazlığından şikayət edən Mazepin yerində fırlanıb və sarı bayraqlar dalğalanıb. Rus sürücü boksa qayıdıb. Rəykkönen 12-ci dəqiqədə ikinci döngənin çıxışında qəza edib. Zərbə güclü olub və maşın zədələnib. Kimi yavaş sürətlə boksa qayıdıb və bir də sonlarda trasa çıxa bilib.

Həmilton, Bottas, Tsunoda, Şumaxer və Okon dördüncü döngədə trasın hüdudlarını pozublar və dövrəvi nəticələri ləğv edilib. Son dəqiqələrdə Tsunoda maşındakı problemlərə görə günü tamamlamalı olub, lakin buna qədər xeyli dövrə vuraraq proqramın çox hissəsini yerinə yetirə bilib.

Protokollara yenə də Maks Ferstappen başçılıq edib – 1:30.847. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:30.847 23
2 4 Lando Norris McLaren 1:30.942 + 0:00.095 25
3 44 Lyuis Həmilton Mercedes AMG 1:31.082 + 0:00.235 24
4 55 Karlos Sayns Ferrari 1:31.127 + 0:00.280 26
5 77 Valtteri Bottas Mercedes AMG 1:31.218 + 0:00.371 23
6 3 Daniel Rikkardo McLaren 1:31.230 + 0:00.383 22
7 22 Yuki Tsunoda AlphaTauri 1:31.294 + 0:00.447 23
8 18 Ləns Stroll Aston Martin 1:31.393 + 0:00.546 24
9 10 Pyer Qasli AlphaTauri 1:31.483 + 0:00.636 27
10 11 Serxio Peres Red Bull 1:31.503 + 0:00.656 23
11 31 Esteban Okon Alpine 1:31.601 + 0:00.754 24
12 16 Şarl Lekler Ferrari 1:31.612 + 0:00.765 26
13 99 Antonio Covinatsi Alfa Romeo 1:31.740 + 0:00.893 27
14 5 Sebastyan Fettel Aston Martin 1:31.769 + 0:00.922 26
15 14 Fernando Alonso Alpine 1:31.770 + 0:00.923 24
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:31.862 + 0:01.015 15
17 63 Corc Rassell Williams 1:32.331 + 0:01.484 28
18 47 Mik Şumaxer Haas 1:33.297 + 0:02.450 24
19 6 Nikolas Latifi Williams 1:33.400 + 0:02.553 28
20 9 Nikita Mazepin Haas 1:33.449 + 0:02.602 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*