Bəhreyn-2021: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları Bəhreyndəki mövsümün ilk yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, Mercedes-in qış testlərindəki uğursuzluqlarına baxmayaraq, Lyuis Həmilton yenə də qələbəyə ən yaxın sürücü hesab edilib. Onun əsas rəqibi kimi, testlərdə ən yaxşı nəticəni göstərmiş Maks Ferstappen göstərilib – ilikinin əmsalları demək olar ki, eynidir. Maraqlıdır ki, onların komanda yoldaşlarının şansları xeyli az qiymətləndirilib…

Bəhreyn Qran Prisində qələbə
Lyuis Həmilton 2.62
Maks Ferstappen 2.75
Valtteri Bottas 6.00
Serxio Peres 9.00
Daniel Rikkardo 29.00
Lando Norris 41.00
Pyer Qasli, Ləns Stroll 67.00
Sebastyan Fettel, Şarl Lekler 81.00

 

Bukmeykerlər bu il Lyuisin 8-ci titulunu rəsmiləşdirəcəyinə daha çox inanırlar. Onun yeganə rəqibi Maks hesab olunur. Vallteri və Serxioya da nəzəri olaraq şans verilib, lakin digər pilotların çempionluq uğrunda mübarizə aparacağına inanmırlar.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.44
Maks Ferstappen 3.75
Valtteri Bottas 17.00
Serxio Peres 19.00
Daniel Rikkardo 29.00

 

Mercedes-in Mühəndislər Kubokunda favorit göstərilməsi ənənəsi dəyişilməyib. Son 7 ilin çempionuna yeganə rəqib Red Bull hesab edilir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.28
Red Bull 3.50
McLaren 23.00
Ferrari 34.00
Aston Martin, Alpine, AlphaTauri 151.00
Alfa Romeo, Haas 1001.00
Williams 1501.00
, , , ,
  • Vasif Qarayev
    Avqust 29, 2021 - 17:58

    Azərbaycan gələcəkdə Arena Trası tikmək planlaşdırırmı Şuşa Kimi rayonlarınızda tikilsə həmdə gözəl təbliğat olardı

    • Rəhim N.Əliyev
      Sentyabr 19, 2021 - 22:47

      Təəssüf ki, yox ((

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*