Bəhreyn-2021: Birinci sərbəst yürüşlər

Bəhreyndə sıralanma turu və yarış süni işıqlar altında baş tutduğundan, adətən ilk məşqlər əhəmiyyətli olmur. Lakin bu dəfə komandalar bu sessiyaya 2 həftə əvvəlki qış testlərinin davamı kimi baxıblar.

F-1.az bildirir ki, bir çox yeniliklər testlərə gətirilmədiyindən, ilk dəfə sınaqdan keçiriliblər. Asfaltın vəziyyəti qənatəbəxş olub, bu ildən etibarən 1 saata endirilmiş cümə günü məşqlərinin birincisinin başlaması ilə mövsüm rəsmən start götürüb.

Vaxt daha az olduğundan, demək olar ki, bütün sürücülər dərhal trasa çıxıblar və intensiv proqramla işləməyə başlayıblar. Ənənənin əksinə olaraq, hamı məşqlərə Soft təkərlərlə başlayıb. Ciddi bir insident baş verməyib. Güclü külək əssə də, hava əlverişli olub.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:31.394. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:31.394 12
2 77 Valtteri Bottas Mercedes AMG 1:31.692 + 0:00.298 17
3 4 Lando Norris McLaren 1:31.897 + 0:00.503 20
4 44 Lyuis Həmilton Mercedes AMG 1:31.921 + 0:00.527 15
5 16 Şarl Lekler Ferrari 1:31.993 + 0:00.599 14
6 11 Serxio Peres Red Bull 1:32.071 + 0:00.677 15
7 10 Pyer Qasli AlphaTauri 1:32.195 + 0:00.801 23
8 55 Karlos Sayns Ferrari 1:32.366 + 0:00.972 15
9 3 Daniel Rikkardo McLaren 1:32.434 + 0:01.040 20
10 99 Antonio Covinatsi Alfa Romeo 1:32.786 + 0:01.392 16
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:33.134 + 0:01.740 18
12 5 Sebastyan Fettel Aston Martin 1:33.157 + 0:01.763 21
13 18 Ləns Stroll Aston Martin 1:33.233 + 0:01.839 20
14 22 Yuki Tsunoda AlphaTauri 1:33.329 + 0:01.935 21
15 31 Esteban Okon Alpine 1:33.528 + 0:02.134 20
16 14 Fernando Alonso Alpine 1:33.872 + 0:02.478 18
17 63 Corc Rassell Williams 1:34.127 + 0:02.733 22
18 6 Nikolas Latifi Williams 1:34.340 + 0:02.946 22
19 47 Mik Şumaxer Haas 1:34.501 + 0:03.107 16
20 9 Nikita Mazepin Haas 1:34.975 + 0:03.581 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*