F-1.az bildirir ki, ilk məşqlərdən və Formula2 sessiyalarından sonra trasın vəziyyəti bir qədər düzəlsə də, sürüşkənlik qalıb. Bu dəfə də sürücülər gələn mövsümə aid təkərləri də sınayıblar. Əksər sürücülər bu təkərlərin asfaltla ilişməsindən şikayət ediblər və tezliklə builki təkərlərə keçiblər.
Məşqlər 46-cı dəqiqədə qırmızı bayraqlarla dayandırılıb. Elbon sonuncu döngədən çıxarkən maşın porebrikin üzərində tarazlığını itirib və sağ tərəfdəki divara çırpılaraq ağır qəza törədib. Sürücü maşını özü tərk etsə də, dərhal yoxlanış üçün tibbi mərkəzə göndərilib. Lakin sessiyanın sonlarına yaxın artıq onu boksda görmək olub.
Restart yalnız 12 dəqiqə sonra verilib. Lakin qırmızı bayraqlar növbəti dəfə dalğalanıb – bu dəfə isə səbəb trasa çıxan it olub.
Protokollara bu dəfə də Lyuis Həmilton başçılıq edib – 1:28.971. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:28.971 | – | 28 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.318 | + 0:00.347 | 34 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:29.336 | + 0:00.365 | 30 |
4 | 11 | Serxio Peres | Racing Point | 1:29.403 | + 0:00.432 | 32 |
5 | 3 | Daniel Rikkardo | Renault | 1:29.462 | + 0:00.491 | 27 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 1:29.551 | + 0:00.580 | 36 |
7 | 4 | Lando Norriss | McLaren | 1:29.841 | + 0:00.870 | 30 |
8 | 18 | Ləns Stroll | Racing Point | 1:29.871 | + 0:00.900 | 32 |
9 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:29.900 | + 0:00.929 | 34 |
10 | 23 | Aleksander Elbon | Red Bull | 1:30.014 | + 0:01.043 | 17 |
11 | 31 | Esteban Okon | Renault | 1:30.085 | + 0:01.114 | 30 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | 1:30.110 | + 0:01.139 | 35 |
13 | 55 | Karlos Sayns | McLaren | 1:30.271 | + 0:01.300 | 33 |
14 | 16 | Şarl Lekler | Ferrari | 1:30.407 | + 0:01.436 | 30 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:30.627 | + 0:01.656 | 33 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:30.849 | + 0:01.878 | 27 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:30.928 | + 0:01.957 | 34 |
18 | 6 | Nikolas Latifi | Williams | 1:30.973 | + 0:02.002 | 32 |
19 | 8 | Roman Qrojan | Haas | 1:31.119 | + 0:02.148 | 28 |
20 | 63 | Corc Rassell | Williams | 1:31.636 | + 0:02.665 | 29 |